Həmsədrlərin hiyləgər gedişi – Bu dəfə niyə Moskva?

Həmsədrlərin hiyləgər gedişi – Bu dəfə niyə Moskva?

Son vaxtlar cəbhədə vəziyyətin gərginləşməsi, Ermənistan tərəfinin sərsəm bəyanatları fonunda görüşlərin növbəti raundundan gözləntilər nədir?

Sabiq dövlət müşaviri, politoloqQabil Hüseynlinin fikrincə, Rusiya, xüsusən xarici işlər naziriSergey Lavrovçalışacaq ki, müzakirələr üçün predmetli məsələni ortaya çıxarsın: “Rusiyanın bu məsələdə əlində olan əsas varinat 5 rayonla bağlıdır. Rusiya mətbuatı görüş öncəsi işğal olunmuş 5 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın statusu məsələsinin razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələr gətirilməsi və bu kimi məsələləri gündəmə gətirir. Ancaq hesab edirəm ki, bu, ağılabatan varinat deyil. Rusiya moderator kimi imitasiya edəcək və danışıqları irəlilətməyə çalışdığını göstərəcək. Hesab edirəm ki, bu dəfəki danışıqlarda da irəliyə doğru addım atmaq mümkün olmayacaq”.

Politoloq bildirib ki, nədənsəMoskvanın təşəbbüsü ilə məsələlər qaldırılanda həmişə cəbhədə gərginlik yaranır.

“Görünür, cəbhə xəttində gərginliyi artırmaq ermənilərin məqsədi imiş. Ona görə də bir-birinin ardınca Tonoyan və Paşinyan bəyanatlar verdi. Görünən budur ki, danışıqlar prosesində ermənilər tamamilə pozucu rol oynayır və imkan vermir ki, nə isə əldə edilsin”, – deyə Q.Hüseynli vurğulayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan ŞahinoğluMoskvagörüşündə müsbət nəticənin əldə olunacağını gözləmir.

“Əgər liderlərin görüşündə ümumi razılaşma yoxdursa, xarici işlər nazirlərinin danışıqlarda irəli gedəcəyini düşünmək sadəlövhlük olardı. Bunu Paşinyanın Strasburqdakı çıxışında yeni heç nəyin olmaması da təsdiq edir. Çünki Paşinyan daha çox mənasız detallar üzərində düşünür. Münaqişənin konseptual həlli haqqında heç nə demir. Bir ifadəsində deyir ki, “Münaqişənin istənilən həll variantı Ermənistan xalqının,Dağlıq Qarabağxalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır”. Göründüyü kimi, o münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Amma Paşinyan hiyləgərliyə gedərək Azərbaycan xalqı ifadəsini işlədir ki, guya güzəştə getdiyini göstərsin. Amma təfərrüat haqqında heç bir irəliləyiş yoxdur. Bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovda etiraf edir. Bu baxımdanMoskvagörüşündən real nəticə gözləmirəm. Sadəcə danışıqlar imitativ xarakter daşıyır və bu danışıqlarda real nəticə əldə olunmayanadək,atəşkəskövrək qalacaq, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ehtimalı da yüksəkdir”.

Politoloq qeyd edib ki, həmsədrlər çox hiyləgər gedişlər edirlər: “Onlar bilirlər ki, yay aylarına doğru, toqquşma ehtimalları artır. Həqiqətən yay aylarında bu versiya var. Bunu bilərəkdən, əvvəlcə liderlərin görüşünü təşkil etdilər. İndi də nazirləri görüşdürürlər ki, heç olmasa payız aylarına qədər toqquşma ehtimalını önləyə bilsinlər. Payızdan sonra hansısa xırda məsələlərdə uzlaşmanın əldə olunacağına ümid edirlər. Həmsədrlərin əsas fikriatəşkəsin pozulmasının və cəbhə bölgəsində gərginliyin qarşısının alınmasıdır, nəinki danışıqlarda real irəliləyişin əldə olunması, Ermənistana təsir edilməsi və s.

Başqa bir məsələyə diqqət edək. Həmsədrlərin münaqişəni həll edə bilməməsini başa düşdük. Ancaq, bölgədə vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün bəzi addımlar atıla bilər. Birincisi, Azərbaycan tərəfi təklif edir ki, girovlar hamının-hamıya prinsipi ilə dəyişdirilsin. Bu məsələ həll olunsa gərginlik azalar. Bütün həll planlarına görə, Ermənistan işğal etdiyi ərazilərdə köçürmə əməliyyatı, tikinti aparmamalıdır. Çünki bu ərazilər Azərbaycana geri qaytarılmalıdır. Ancaq, hazırda ermənilərKəlbəcərdə,Şuşada,Laçında köçürmə əməliyyatı, tikinti aparır. Həmsədrlər bunun qarşısını almalıdır. Qanunsuz tikintini dayandırılsa, ermənilərAğdamda hərbi təlimlərə son versə, bu da inam atmosferi yarada bilər. Ancaq, həmsədrlər bu məsələlərdə də heç bir addım atmır”. (azvision.az)

Siyasət xəbərləri
Turkustan.info digər xəbərlər
Zahid Orucun görəcəyi işlərin SİYAHIsı müəyyənləşdi – Prezident SƏRƏNCAM verdi

Zahid Orucun görəcəyi işlərin SİYAHIsı müəyyənləşdi – Prezident SƏRƏNCAM verdi

12-04-2019 16:50 - Turkustan.info - Siyasət
Sosial Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:– Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;– dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;– sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirmək;– idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq;– ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.