“Hər bir vətənpərvər mahnı, hər bir əsər ürəkdən keçməlidir”

Faiq Sücəddinov: “Belə olarsa, mahnını necə, hansı vəziyyətdə dinləməyin heç bir əhəmiyyəti yoxdur”
Rusiyada hərbi vətənpərvərlikmahnılarının səsləndirilməsi zamanı insanların bu mahnları oturaraq deyil, adətənayaq üstə dinləməsi müşahidə edilir. Maraqlıdır, bu ənənənin ölkəmizə gətirilməsi,bizdə də hərbi vətənpərvərlik mahnılarının ayaq üstə dinlənilməsi məqsədəuyğunolarmı?
Moderator.az-a açıqlamaverən görkəmli bəstəkar, xalq artisti, professor Faiq Sücəddinov bu məsələyə fərqliyanaşdığını vurğuladı:
“Mən kimlərinsə mədəniyyətiilə qovuşmağımızı istəmirəm. Bizim öz böyük mədəniyyətimiz var. Məsələ bundadırki, bu cür mahnıları istəyirsən oturaraq, istəyirsən ayaq üstə duraraq, istərsədə yaralı vəziyyətdə, uzanıqlı halda dinlə, bu, önəmli deyil. Mən “Vətəndən payolmaz” mahnısını yazmışam. Bunu da Mübariz Tağıyev ifa edir. 30 ildir ki, bumusiqi dinlənilir. Bundan 50 il sonra da dinləniləcək. Bu mahnı illər keçsə dəöz aktuallğını itirmir.
Hər bir vətənpərvərmahnı, hər bir əsər ürəkdən keçməlidir. Əgər belə olarsa, o zaman onu hansı şəkildədinləməyin heç bir əhəmiyyəti yoxdur”.
Seymur ƏLİYEV