“Hər cür ultimatumu rədd edirik” - Avropadan İrana sərt təpki


Avropa Birliyi İranın bəyanatına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, İngiltərə, Almaniya, Fransa və Avropa Birliyi İrana öhdəliklərini yerinə yetirməklə bağlı çağırış edərək hər cür ultimatumu rədd etdiklərini bildiriblər.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı üzrə öhdəliklərin yerinə yetirilməsindən qismən imtina etdiyini bildirib. Söhbət Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) iki bəndindən gedir. AB Ş onlardan hələ ötən il mayın 8-də çıxıb.

“Biz, BHFP üzrə iki bəndin yerinə yetirilməsini dayndırırıq. Onlar, bizdə olan zənginləşdirilmiş uranın və ağır suyun satışının 60 günlük dayandırılmasını nəzərdə tutur”,- Ruhani deyib.

Bundan başqa, məlumdur ki, İslam respublikasının prezidenti avropalı həmkarlarına danışıqlar üçün 60 gün vaxt verib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər