Hərbçilər arasında atış birinciliyi keçirildi - FOTO

Hərbçilər arasında atış birinciliyi keçirildi - FOTO

Hərbçilər arasında atış birinciliyi keçirildi - FOTO

12:22 10 May 2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.



Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.







Femida.az

Açar sözlər:#Atış #Naxçıvan

Oxunub: 22


Siyasət xəbərləri

“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçirilib (FOTO)

10-05-2019 19:06 - Trend.az - Siyasət
Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu, dövlətimizin qurulması və möhkəmlənməsindəki xidmətlərini, eləcə də ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini qeyd edib. BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai, AMEA-nın Coğrafiya İnstitunun direktoru professor Ramiz Məmmədov, Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının üzvü, Birinci Albert Dağçılıq İdarə Heyətinin üzvü Lode Bekers , BMT Qida və Kənd təsərrüfatı təşkilatı nəzdində Dağ tərəfdaşlığı katibliyinin proqram rəhbəri Rozalauro Romeo, “Zukov” ətraf mühitin müdafiəsi Fondunun təsisçisi Mixael Zukovun çıxışlarında dağ landşaftlarının xüsusiyyətləri, məskunlaşmanın vəziyyəti, dünyanın müxtəlif ölkələrində bu sahədəki problemlər, perspektivlər, dağlıq ərazilərdə infrastruktura, təhsil və müxtəlif xidmətlərə çıxış imkanlarının təmin olunmasının vacibliyi məsələləri, dağların mühafizəsi sahəsində həyata keçirilən layihələr və s.
Femida.az digər xəbərlər