Hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

Hərbi qulluqçular arasında atış birinciliyi  keçirilib

Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Metbuat.az xəbər verir ki, 9 mm-lik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 24 komandadan 72 hərbi qulluqçu iştirak edib. Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüb.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb. Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman və diplomlar təqdim edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər