Hərbi strateji düşüncənin əhəmiyyəti: “Sabit” yoxsa “İnkişaf” baxış bucağı?

Hərbi strateji düşüncənin əhəmiyyəti: “Sabit” yoxsa “İnkişaf” baxış bucağı?

Dəyişməkdə olan təhlükəsizlik şəraiti hərbi qüvvələri bəziləri proqnozlaşdırıla bilən, bəziləri isə ağlımıza gəlməsi mümkün olmayan istiqamətlərdə dəyişdirəcək. Gələcək hərbi qüvvələrdən dəyişkən şəraitdə döyüşməyi tələb edərkən, müharibələr daha çox bir-biri ilə əlaqəli, sıxışdırılmış və bulanıq olacaq. Belə bir şəraitdə hər bir əsgər individual hərəkətlərinin strateji nəticələrini başa düşməli, hər bir lider isə öz plan, əmr və direktivlərinin reallıqla uyğunluğunu və aydın strateji məqsədə xidmət etdiyini yoxlamalıdır. Qısaca desək, qoşunlar taktiki cəhətdən etibarlı, əməliyyatlar cəhətdən bacarıqlı və strateji cəhətdən məlumatlı olmalıdır.

Əgər hərbi qoşunlar əsgərlərinə strateji baxış bucağının əhəmiyyətini bu gün öyrədərsə, onlar gələcəyin problemlərini həll edə biləcək liderlərə sahib olacaq. Baxış bucağını əvvəlcədən formalaşdırmaq, bu sadə bir qiymətləndirmə, yaxud təlim belə ola bilər. Bu, orduya imkan verəcək ki, gələcəkdə yeni şərtlərə uyğunlaşa bilən, kompleks problemləri həll edən və hərəkətlərin nəticələrini başa düşən liderlər yetişdirsin.

Baxış bucağı haqqında yanlış formalaşmış fikrilərdən biri odur ki, bu yalnız yüksək rütbəli şəxslərdə olmalıdır. Lakin ən aşağı vəzifədən başlayaraq ortaq strateji baxış bucağı qoşunlar daxilində əməkdaşlığı asanlaşdırır. İstənilən bir işçi, yaxud əsgər yüksək səviyyədə bir strateji məqsədə xidmət etdiyini anlayaraq öz hərəkətlərinin də məsuliyyətini üzərinə götürə bilər.

Ən sadə izahı ilə baxış bucağı “mental davranış və meyl”dir. Bütün psixoloqlar razıdır ki, hər bir şəxsin problemləri həll etmədə individual baxış bucağı olur, lakin bunun nə qədər dəyişdirilə bilən olduğu hələ də müzakirə edilir. Bəziləri onun ailədən, yaxud böyüdülmüş ətraf mühitdən asılı olduğunu müdafiə edir. “Sabit” baxış bucağına malik insanlar düşünür ki, onların savadı, xarakteri və bacarıqları sabitdir və çox dəyişə bilməz. “İnkişaf” baxış bucağı isə onların zamanla inkişaf etdiyi və dəyişdiyini qəbul edir. Bu düşüncəyə sahib insanlar çətinlikləri qavrayır, davamlılığını qoruyur, tənqidlərdən dərs çıxarır və digərlərindən ilham alır. Buradakı əsas fikir budur: Əgər insanın düzgün baxış bucağı varsa, o problemlərə onların optimal həlli tapmağı asanlaşdıracaq şəkildə yanaşacaq.

Baxış bucağı nəzəriyyəsini hərbidə istifadə etməyin bir neçə üstünlüyü var. Birincisi budur ki, strategiya elə bir sahədir ki tarix, beynəlxalq münasibətlər, sosiologiya, əməliyyat sənəti, kəşfiyyat, psixologiya, siyasət elmi və bir çox digər sahəni əhatə edir. Buna görə də, dəqiq elmlərdən fərqli olaraq o, şərhə və müzakirəyə açıqdır. Növbəti məsələ isə odur ki, konkret strateji düşüncə modeli formalaşdırmaq əhəmiyyətlidir, lakin təhlükəli ola bilər. Ona görə ki, hər bir model öz daxilində müəyyən fərziyyələrə əsaslanır və əgər bunlardan biri müəyyən konteksdə doğru olmazsa, modelin işə yararlılığı da sual altında qalacaq. Bundan əlavə, strateji problemlər, adətən, əvvəllər heç vaxt baş verməmiş, yeni çətinliklər olur və buna görə də hansısa sabit bir modeli tətbiq edərək həll etmək mümkün olmur. Son olaraq, strateji səviyyədəki problemlər kompleks sistemləri ehtiva edir. Yəni problemin birinci mərhələsini həll etdikdə ikinci mərhələdə təmamilə yeni şərtlər ortaya çıxır və bu açıq, dəyişikliyə adaptasiya ola bilən bir baxış bucağı tələb edir.

Buna görə də, gənc əsgərlərə

nəyi düşünmək yox necə düşünmək öyrədilməlidir. Əgər bir əsgər düzgün baxış bucağına sahibdirsə, ehtiyacı olan informasiyanı axtarıb tapacaq və ən yaxşı həlli aşkarlayacaq. Strateji baxış bucağı - “Gələcəyin Ehtiyacı”

Sabah nə olacağını heç vaxt əminliklə proqnozlaşdıra bilmərik. Buna baxmayaraq, ətrafımızda baş verənləri müəyyən etmək, kateqoriyalaşdırmaq və dəqiqləşdirmək ən sadə insan xüsusiyyətlərindən biridir. Hadisələri daha tanış və həll edilə bilən etmək istəyirik, buna görədir ki, insan oğlu strukturlar və vasitələr yaratmaqda ustadır. Belə olduqda hər şəraitə görə dəyişə bilən, vahid və sabit olmayan baxış bucağı formalaşdırmaq kifayət qədər çətindir. Bu status-kvonu pozur və insanlar tanış olmayandan, qeyri-müəyyən, fərqli olandan həmişə qorxur. Ancaq təkamülün özünün belə əsasında dəyişikliklərə adaptasiya olmaq dayanır, yalnız ətraf mühitdəki yeniliklərə uyğunlaşa bilən növlər sağ qalaraq növbəti mərhələyə keçə bilir. Buna görə də, gələcəyin dinamik, çoxsahəli və kompleks təhlükəsizlik mühitini nəzərə alaraq indidən orduda, xüsusilə gənc işçilər arasında “İnkişaf” baxış bucağının formalaşdırılmasına çalışmalıyıq.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.
Ordu.az digər xəbərlər
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.