Hesab.az "ASAN Məktub"da uşaqların ehtiyaclarını qarşılayacaq!

Hesab.az "ASAN Məktub"da uşaqların ehtiyaclarını qarşılayacaq!

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəkçisi kimi çıxış edir.

Hesab.az portalının reklam bölməsində, sosial kanallarında “ASAN Məktub” layihəsinə dəstək olmaq məqsədiylə paylaşımlar edilirdi.

Layihəyə dəstəkdə yeni addım olaraq Hesab.az dəstəyini genişləndirir və öz istifadəçilərinə “ASAN Məktub” üçün yardım etmək şansı yaradır. Belə ki, Hesab.az-da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını “Dərhal dəyiş” bölməsində “ASAN Məktub” üçün dəyişə biləcəklər. Xərclədikləri bonuslar yığılaraq 50 000 000 olduğu zaman Hesab.az bu bonuslar qarşılığında 1000 AZN məbləğində “ASAN Məktub”da uşaqların ehtiyaclarını qarşılayacaq.

Siz də, layihəyə dəstək olaraq mümkün qədər daha çox uşağın arzularını reallaşdırılmasına yardımçı ola bilərsiniz. Bonuslarınızı xərcləyərək bu xoşməramlı addıma qoşulun və ən əsası da uşaqların üzündə yaranacaq sevincə, təbəssümə səbəb olun.

Hesab.az həmişə sosial məsuliyyətli layihələrə dəstək olaraq sağlam düşüncəli, humanist cəmiyyətin inkişafına töhfə vermiş olur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Goldenpay , Goldenpay Şirkəti , Azərbaycan , Bakı
İKT xəbərləri
Azərbaycanda "İKT-də  qızlar" günü

Azərbaycanda "İKT-də qızlar" günü

25-04-2019 13:35 - Metbuat.az - İKT
Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.



Eyni zamanda, proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış olmağa imkan yaradan kodlaşdırma məşğələləri də təşkil edilib.



Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” üzrə təlim keçirilib.



“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.



Təlimdə bildirilib ki, son illərdə "İKT-də qızlar" günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.



Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir.
Metbuat.az digər xəbərlər