Türkiyənin Adana şəhərində dini nigahlı həyat yoldaşı Abdülkadir Ç. tərəfindən döyülən 20 yaşlı hamilə H.A ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, H. A və dini nigahlı həyat yoldaşı Abdülkadir Ç. arasında bilinməyən səbəblə mübahisə başlayıb. Mübahisənin böyüməsi ilə Abdülkadir Ç. 8 aylıq hamilə olan həyat yoldaşını döyməyə başlayıb.
Qadının vəziyyətinin pisləşdiyini görən adam gənc qadını öz avtomobili ilə xəstəxanaya çatdırıb. Ağır yaralı olaraq xəstənaya çatdırılan H.A təcili əməliyyat olunub. Həkimlərin müdaxiləsinə baxmayaraq körpəni xilas etmək mümkün olmayıb.
Abdülkadir Ç. polis tərəfindən saxlanılıb. Xəstəxanada müalicəsi davam edən H.A-nın isə həyati təhlükəsi davam edir.
Hadisə ilə bağlı araşdırma davam edir.
http://metbuat-az.com/news/1174743/diqqet-bundan-esla-yemeyin.html