Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi elektron ədliyyə köşkləri quraşdırılıb

 Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi elektron ədliyyə köşkləri quraşdırılıb

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlər üçün daha bir yenilik edib.

Xeberler.az bildirir ki, xüsusi elektron ədliyyə köşkləri vasitəsilə borca görə ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında məlumat əldə edib və həmin borclarının ödənişlərini həyata keçirmək, məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldırmaq mümkündür. O cümlədən, bu köşklərdə yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getməsi üçün razılıq ərizələrini də əldə etmək mümkündür. Köşklər Terminal 1-in birinci mərtəbəsində quraşdırılıb.

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər