Heydər Əliyev Beynəlxalq Hava Limanı ən yaxşı aeroport seçilib

Heydər Əliyev Beynəlxalq Hava Limanı ən yaxşı aeroport seçilib

Bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndirilib.

BAKI, 25 aprel — Sputnik. Moskvada IV Beynəlxalq SKYSERVICE 2019 Forumu çərçivəsində nüfuzlu "Sky Travel Awards 2019" mükafatının təqdimetmə mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı səyahətçi-bloqerlərin versiyası üzrə 10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilib.

Bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndirilib.

Bu il ekspert-bloqerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed) olub.

Bloqerlərin hər biri 10 şəhəri ziyarət edib: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya).

Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və s. qiymətləndirilib.

Bu, Heydər Əliyev Beynəlxalq Hava Limanının bu il ərzindəki artıq ikinci mükafatıdır. Mart ayında paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti "Skytrax"ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilib.

Açar sözlər
Heydər Əliyev , Anastasiya Fedotov , Anton Sokolov , Beynəlxalq Hava Limanı , Mdb , Skytrax , Britaniya Konsaltinq Şirkəti , Tbilisi , Vyana , Soçi , Buxarest , Astana , Rumıniya , Bolqarıstan , Moskva , Qazaxıstan , Sofiya , Gürcüstan , Rusiya , Avstriya , Sankt-Peterburq , Bakı , Azərbaycan
İqtisadiyyat xəbərləri
Sputnik.az digər xəbərlər