Heydər Əliyev Fondu 15-ci ilində...

Heydər Əliyev Fondu 15-ci ilində...

HeydərƏliyev Fondunun yaranmasından 15 il keçdi. Bu münasibətlə prezident İlhamƏliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncamimzaladı. Heydər ƏliyevFondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Şöhrət”ordeni ilə təltif olundu. Fondun rəhbəri, birinci-vitse prezident MehribanƏliyevanın bir neçə köməkçisi olsa da, Anar Məmmədovun səlahiyyəti və məsuliyyətdairəsi genişdir. İcraçı direktor Fondun işinə bilavasitə rəhbərliyi,proqram və tədbirlərə nəzarəti həyata keçirir.Fondun ekspert şurası davar. Konsultativ qurum olan Ekspert Şurası qəbul olunan qərarların səmərəliliyinivə effektivliyini təmin edir. Müxtəlif ixtisaslı ekspertlərdən təşkil olunmuşEkspert Şurasının vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələrihazırlayıb prezidentə təqdim etməkdən ibarətdir.

HeydərƏliyev Fondu 15 ildə ölkənin sosial həyatında əsas təşkilata çevrilib. İnsanlarbu təşkilata ümid yeri kimi baxırlar. Yardım və dəstək məqsədilə müraciətlərinvə məktubların mütləq əksəriyyəti məhz Fonda yönəlir. Bu da onunla əlaqəlidirki, Fond 15 ildə insanların problemlərinin həllində mühüm rol oynayıb. Oxşar təşkilatlardünyanın müxtəlif ölkələrində var. Heydər Əliyev Fondunu bənzər təşkilatlarındanfərqləndirən odur ki, Fondun fəaliyyəti yalnız bir sahəni əhatə etmir. Busıraya sosial problemlərin həllindən, xəstəxana, məktəb və uşaq bağçalarınıntikintisindən tutmuş, müxtəlif səpgili layihələrin tətbiqinə vəreallaşdırılmasına qədər çalışmaları göstərmək olar. Azərbaycan torpaqlarınınişğalının və Xocalı soyqırımının dünyada tanıtdırılması işi də Heydər ƏliyevFondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Təsadüfi deyil ki, son illərdəonlarla ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbuledilib. Dünyanın müxtəlif ölkələrində kök salmış güclü erməni lobbisi 1960-cıillərdən başlayaraq “erməni soyqırımını” müxtəlif ölkələrin parlamentlərindətanıtdırmağa nail olmuş, özlərini məzlum millət kimi göstərməyə çalışmışlar.“Erməni soyqırımından” fərqli olaraq canlı şahidlərə malik və qətliam görüntüləriniözündə əks etdirən Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıtdırılmasıvə “Xocalıya ədalət” aksiyalarının keçirilməsi erməni lobbisinin çalışmalarınazərbədir və dünya görür ki, özünü “məzlum millət” kimi göstərmək istəyənlər Azərbaycandaəsl soyqırım törədiblər.

HeydərƏliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi sosial və humanitar layihələriniki əsas hədəfi var. Birinci hədəf məktəb və xəstəxanaların tikintisi, dərmanlarınvə zəruri yardımların çatdırılması vasitəsilə ağır vəziyyətdə və köməyəehtiyacı olan insanlara yardımdırsa, ikinci hədəf Azərbaycanla tərəfdaş münasibətlərdəolan ölkələrə dost əli uzatmaq və bu yolla ikitərəfli əlaqələri daha da üst səviyyəyəqaldırmaqdır. Bununla Heydər Əliyev Fondu həm də Azərbaycanın xarici və milli təhlükəsizliksiyasətində önəmli rola malik olduğunu göstərir. Məsələn, Heydər ƏliyevFondunun dost və qardaş Pakistanda həyata keçirdiyi humanitar aksiyalar,tikdiyi məktəb və xəstəxanalar iki ölkə arasındakı əlaqələrin daha üst səviyyəyəqalxmasına xidmət edir. Pakistan Azərbaycanın strateji müttəfiqidir, İslamabadDağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Ona görədə Heydər Əliyev Fondunun Pakistanın sosial problemlərinin həllində roloynaması həm də Azərbaycanın qardaş dövlətin siyasətinə minnətdarlıq əhəmiyyətidaşıyır.

HeydərƏliyev Fondunun Azərbaycanda həyata keçirdiyi sosial və humanitar layihələrfaktiki bu işə məsul olan nazirliklərin işinə də mühüm dəstək, problemlərin həllindəməsuliyyətin bölüşdürülməsidir. Məsələn, Heydər Əliyev Fondu nəzdində “Regionalİnkişaf” İctimai Birliyi fəaliyyət göstərir. Fondun əsas qollarından birinəçevrilən birliyin məqsədi bölgələrin əsas problemlərinin öyrənilməsi və onlarınhəllinin sürətləndirilməsidir. Halbuki, bölgələrdə işsizlik problemlərinin həlli,gənclər üçün yeni iş yerlərinin açılması və gənclərin zərərli vərdişlərdənuzaqlaşdırılması birbaşa buna məsul olan nazirliklərin səlahiyyət dairəsinəaiddir.

Fond vəbirinci vitse-prezident son illərdə cəmiyyətdən gələn siqnallara da xüsusi diqqətgöstərir. Bu mənada sosial şəbəkələrin önəmli rolu var. Sosial şəbəkələrdəsosial və humanitar mövzuda narazılıq yaradan və böyük diskussiyalara səbəbolan mövzular Fondun diqqətindən yayınmır, onlara reaksiya verilir. Məsələn, İçərişəhərdəkitikinti və təmir işləri ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələraçıldığında birinci vitse-prezident İçərişəhərə gəldi, təmir-tikinti işləri iləyerindəcə tanış oldu və məmurlara tarixi abidələrin qorunması tapşırığınıverdi. Və ya şəhərin qədim tikililərindən biri ­- “Salaam Cinema Baku”nun yerləşdiyi bina ilə bağlı gənclərarasında geniş diskussiya açıldığında və mərkəzin işıqları kəsildikdə birincivitse-prezident yenidən anındaca olaya reaksiya verdi və yazdığı statusdatarixi binaların qorunması vacibliyini səsləndirdi. Mehriban Əliyevanın bu cürreaksiyalarının iki mənası var. Birincisi, birinci vitse-prezident bununla göstərirki, cəmiyyəti narahat edən mövzulara həssasdır, ikincisi, haqqında danışılanyerlərə şəxsən baxışların keçirilməsi və verilən açıqlamalar məmulara da birnöv xəbərdarlıq mahiyyəti daşıyır ki, atdıqları addımlar qanunlara zidd olmasınvə məmurlar insanların narahatlıqları diqqətə alınsınlar.


“Atlas” Araşdırmalar Mərkəzi

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər