Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun "Natiq" ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.

Milli.Az

Mədəniyyət xəbərləri
Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

26-04-2019 15:43 - Pia.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Milli.az digər xəbərlər