“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” müzakirə olundu

“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” müzakirə olundu

Azərbaycan Dillər Universitetində siyasi elmlər doktoru, professor, YAP

Siyasi Şurasının üzvü Vaqif Abdullayevin "Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının müzakirəsi keçirilib.

Olaylar.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 96 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə universitetin tanınmış alimləri, elmi ictimaiyyət və tələbə-gənclər iştirak edib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Kamal Abdulla bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Ulu Öndər quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimlərindən Namiq

Kərimov, Şəfəq Abdullayeva, Namiq Həsənov, Sevdagül Əliyeva və digərləri Ulu Öndərin çoxcəhətli fəaliyyətindən, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, "Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər.

Kitabın müəllifi Vaqif Abdullayev çıxışında bildirib ki, ümumilli lider Heydər Əliyev haqqında kitab yazmaq çox çətin, məsuliyyətli işdir. Lakin böyük qürur və şərəfdir. Özünü Heydər Əliyevin sadiq əsgəri hesab edən V.Abdullayev Ulu Öndərin siyasi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər