"Heydər Əliyev muğama, xalq mahnılarına sevgi ilə yanaşıb" - ÖZƏL- MÜNASİBƏT

"Heydər Əliyev muğama, xalq mahnılarına sevgi ilə yanaşıb" - ÖZƏL- MÜNASİBƏT

"Dahi lider, görkəmli dövlət xadimi Heydər Əliyev mədəniyyətimizi inkişaf etdirən insanların əməyini daim yüksək qiymətləndirib. Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi ki, hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti, "Şöhrət" ordenli muğam ustası Mənsum İbrahimov deyib.

Xalq artisti əlavə edib ki, dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaradıb. Son zamanlar mədəniyətin inkişafı üçün Prezident tərəfindən çox sayda Sərəncamlar imzalanıb. Bütün bunlar, mədəniyyətimizin hərtərəfli inkişafına zəmin yaradacaq".

Muğam ustası əlavə edib ki, ümummilli lider Heydər Əliyev muğama, xalq mahnılarına sevgi ilə yanaşıb, muğamın inkişafına daim diqqət göstərib.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər