Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq - VİDEO

Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq - VİDEO

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.

Heydər Əliyev Fondundan Sonxeber.az-a verilən məlumata görə, konsert proqramında "Rast" qrupu və Rusiyanın "S-BROTHER-S" DJ layihəsi çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.

BAKU.WS

Açar sözlər
Heydər Əliyev , Üzeyir Hacıbəyli , Qara Qarayev , Müslüm Maqomayev , Tofiq Quliyev , Fikrət Əmirov , Azərbaycan , Rusiya
Mədəniyyət xəbərləri
Sonxeber.az digər xəbərlər