Hindistan silahlanmasına yeni müdafiə avadanlıqları daxil edilib

Hindistan silahlanmasına yeni müdafiə avadanlıqları daxil edilib
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının rəhbəri Sathiş Reddi bildirib.

Yeni daxil edilən avadanlıqlardan bir neçəsi qabaqcıl artilleriya silahları, tank əleyhinə raketlər və “Akaş” hava və raketdən müdafiə sistemləridir.

“Raket sahəsində güclü yanlarımız çoxdur. Radar və torpedo texnologiyalarında, havadan xəbərdarlıq sistemləri və elektron müharibə sistemlərində Hindistan əhəmiyyətli dərəcədə yol qət edib”, - deyə Reddi qeyd edib.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər