Hindistana “Fani” qasırğası gəlir

Hindistana “Fani” qasırğası gəlir

Hindistanın şərqindəki Orissa ştatının hakimiyyət orqanları yaxınlaşan “Fani” siklonu səbəbindən sahil rayonlarında yaşayan 800 minə yaxın insanın təxliyəsini elan edib.

“Times of İndia” nəşri xəbər verir ki, təxliyə bu gün axşam saatlarına qədər başa çatmalıdır. İnsanlar xüsusi təchiz olunmuş mərkəzlərə, təhsil müəssisələrinə və digər etibarlı binalara yerləşdirilir.

“Fani” siklonunun ştatın sahillərinə cümə günü çatacağı ehtimal olunur. Küləyin sürəti saatda 200 kilometrə çata bilər. Sahil rayonlarında şiddətli yağışlar gözlənilir.

Açar sözlər
Hindistan
İKT xəbərləri
Virtualaz.org digər xəbərlər