Göyçayda narkotikə görə 6 nəfər saxlanılıb
30-03-2023 12:33
- Hit.az - Kateqoriyasız
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar keçirilib və 6 nəfər saxlanılıb. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri - Natiq Adıgözəlov, Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır Həsrətov, Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.