Hökuməti türklərə böhtan atan millət vəkili qorxuya düşüb: “Məni ölümlə təhdid edirlər”

Hökuməti türklərə böhtan atan millət vəkili qorxuya düşüb: “Məni ölümlə təhdid edirlər”

Moderator.az xarici mətbuataistinadən xəbər verir ki, 1915-ci ildə türklərin guya ermənilərə qarşı “soyqırım”həyata keçirdiyini iddia edən Fransa hökumətinin təmsilçisi, NATO ParlamentAssambleyasındakı Fransa heyətinin rəhbəri Flipp Folliot ölümlə təhdid edildiyiilə bağlı açıqlama verib. Qondarma “erməni soyqırımı” ilə bağlı mövqelərinin türklərtərəfindən qəzəblə qarşılandığına diqqət çəkən F.Folliot, “Tvitter” sosial şəbəkəsindətürkcə yazılan şərhlərdə ölümlə təhddi edildiyini vurğulayıb.

Baş verənlərdənnarahatlıq keçirdiyini bildirən F.Folliot, bütün bunlara baxmayaraq NATOParlament Assambleyasındakı işlərinə davam etdirməyə çalışacağını bildirib.

Məlumat üçün qeyd edəkki, Fransanın qondarma “erməni soyqırımı”nı tanıması yalnız Türkiyədə deyil,bütün türk dünyasında ciddi narahatlıqla qarşılanıb. Əksər türk siyasətçiləri vəziyalıları hesab edir ki, Fransanın bu məsələdə ortaya qoyduğu mövqe tarixi ədalətintəkzib edilməsi, onun erməni maralarının alətinə çevrilməsi deməkdir.

Onu da xatırladaq ki, IDünya Müharibəsinin gedişində qiyam qaldıran ermənilər minlərlə mülki türkinsanını qətlə yetirib, onlara qarşı dəhşətli soyqırım həyata keçirib. Məhz busoyqırımı önləmək üçün Osmanlı imperiyası qiyamçıların imperiyanın digər bğölgələrinəköçürülməsini həyata keçirib ki, bu da ermənilər tərəfindən əsassız olaraq “soyqırım”kimi dəyərləndirilməkdədir.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər