Hövsanda ağır qəza, ölən və yaralılar

Hövsanda ağır qəza, ölən və yaralılar

Aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

DİN Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, xəsarət alan hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
“İmtahanlar zamanı yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir”

“İmtahanlar zamanı yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir”

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər".
Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları müxtəlif mövzularda təqdimatlar edilib.
Çıxışlarda Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi bütün elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, dərsliklərin monitorinqi, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.
Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar "Fəxri fərmanla" təltif edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayı ərzində Bakı şəhəri və digər regionlarda "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda konfranslar keçiriləcək.
Azvision.az digər xəbərlər