Hövsanda iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi "VAZ-2107" və Azad Orucovun idarə etdiyi "Priora" markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Milli.Az