Hövsanda iki avtomobil toqquşub - Ölən və xəsarət alanlar var

Hövsanda iki avtomobil toqquşub - Ölən və xəsarət alanlar var

Bakı. Trend:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər