Hövsanda iki avtomobil toqquşub – Ölən və xəsarət alanlar var

Hövsanda iki avtomobil toqquşub – Ölən və xəsarət alanlar var

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Pia.az digər xəbərlər