“Hydra 70” raketləri: Gələcək müharibə vasitəsi

Bildirilib ki, ən son bağlanan 44,3 milyon dollarlıq müqavilə “Hydra-70” raketləri ilə bağlı 19-cu ixrac kontraktı idi.
Belə ki, 2005-ci ildən satışına başlanılan raketlərin 30-a qədər ölkəyə satışına dair 19 müqavilə imzlanıb.
Məlumata əsasən, bunlardan əhəmiyyətliləri 2005-ci ildə ABŞ HHQ üçün bağlanılan 900 milyon dollarlıq, 2011-ci ildə müxtəlif NATO müttəfiqlərinə satışlar üçün bağlanan 286 milyon dollarlıq müqavilələr olub.
Şirkət bu ana qədər raketlərin satışı ilə bağlı 8-i ABŞ, 11 xarici ölkələrlə olmaqla ümumilikdə 19 layihəyə imza atıb.
Bu layihələr çərçivəsində 8 mindən çox raket istehlakçı dövlətlərə təqdim edilib ki, bunun qarşılığında da şirkət 4 milyard dollara yaxın gəlir əldə edib.
Qeyd edək ki, son olaraq ötən həftə şirkət raketlərin Nigeriya, Əfqanıstan, Avstraliya və İndoneziyaya satışı ilə bağlı 44,3 milyon dollarlıq müqavilə imzalayıb.
Ağalar Ağalarlı