I Dünya Müharibəsinin başlanma səbəbləri və Çanaqqala Zəfəri

I Dünya Müharibəsinin başlanma səbəbləri və Çanaqqala Zəfəri
Savaşın səbəbləri:
1. 1911-1912-ci illərdə Osmanlı İmperiyasının Tripoli və Benqazidən ibarət olan son Afrika torpaqlarını İtaliyaya güzəştə getməsi, 1912-1913-cü illərdə isə Balkan rəhbərliyinin 500 il türk nəzarətində olan Rumelidə son Osmanlı hakimiyyətini aradan qaldırması və Osmanlı İmperiyasının itirilmiş torpaqları geri almaq istəyi;
2. İngilis və fransızların İstanbulu ələ keçirtmək niyyəti, İstanbula gedən yolun Çanaqqaladan keçməsi, həmçinin Bolqarıstan qoşunlarının İstanbulu, onun sərhədlərinə və Boğazın təhlükəsizliyinə təhdid yaratması;
3. Avropadakı hadisələr fonunda İngiltərə və Fransanın Rusiyanı dəstəkləməyə məcbur olması, Anadoluda təbii yeraltı sərvətlərin ələ keçirilməsi;
4. Balkan müharibələrində qismən məğlub vəziyyətə düşən Osmanlı İmperatorluğuna ikinci zərbəni endirməklə onu çökdürmək və bu yolla Avropa ilə Rusiyanın əlaqə sərbəstliyini təmin etmək niyyəti;
5. Aralıq dənizində İngilis və Fransa donanmasından qaçan və Türk bayrağı altında Rusiya limanlarını bombalayan iki alman gəmisinin fəaliyyətləri;
6. Osmanlı İmperatorluğunun yuxarıdakı səbəblərdən Savaşa girməyə məcbur olması və müttəfiqi Almaniyanın I Dünya Müharibəsini qazanacağına inanması.
Müharibə zamanı Britaniya İmperiyası, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa müttəfiq olaraq həm Osmanlıya, həm Almaniya, həm də Avstriya-Macarıstana qarşı birləşdi.
Çanaqqala Savaşının nəticələri:
1. Gelibolu yarımadasında baş verən döyüşlərə Böyük Britaniyadan 400 min, Osmanlıdan 500 min, Anzak (Avstraliya və Yeni Zelandiya) və Fransadan təxminən 125 min əsgər qatıldı;
2. Bu müharibədə 253 min türk əsgəri şəhid oldu, hücum edən işğalçı müttəfiqlər isə təxminən 250 min əsgərini ölü olaraq itirdi;
3. Bu müharibə nəticəsində Osmanlı imperiyası dağıldı, yeni bir dövlət - Türkiyə yarandı;
4. Rusiyanın nəzarətində olan ərazilərdə müstəqil dövlətlər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti yarandı;
5. Osmanlıların davamlı olaraq itirən tərəf imici yox oldu.

Çanaqqala Savaşının zəfərlə sona çatmasında Müstafa Kamal Atatürkün böyük xidmətləri onun rəqibləri tərəfindən də yüksək qimətləndirilib. Döyüşlərin baş verdiyi ərazi ilə tanış olduğum üçün, Çanaqqalanın hərbi-strateji bölgə kimi müdafiəsinin, əslində İstanbulun taleyini həll etdiyini deyə bilərik. Bu döyüşlərdə türk ordusunun qələbəsinin təmin edilməsində Ənvər Paşa, Cavad Çobanlı, Mehmet Əsad Bülkat, Vehip Kaçı, Fevzi Çakmak, Kazım Karabekir, Selahattin Adil kimi qəhrəman general və zabitlər öz adlarını tarixə yazdırdılar. Çanaqqala bütün dünyaya sübut etdi ki, döyüşdə qələbə qazanmaq üçün əsas olan üstün say nisbəti və ya yeni texnologiya deyil. Əhəmiyyətli olan igid, vətənpərvər sərkədələrin mövcudluğu və onların öz yerlərində olmasıdır.

Osmanlının çətin vəziyyətində azərbaycanlılar da qardaş ölkənin müdafiəsində iştirak etmək üçün öz köməklərini əsirgəməyiblər. Yüzlərlə vətəndaşımız - həm əsgər, həm də zabit kimi Çanaqqala uğrunda gedən döyüşlərdə şəhid olub, lakin düşmən qüvvələrin yarımadanın daxilinə doğru hərəkətinə imkan verməyiblər.

Bəzi soydaşlarımızın məzarında adlarının olmamasının şahidi olmuşam. Bir məzarda şəhidin sadəcə 18 yaşı və Bakıdan olduğu yazılırdı. Onların adlarının əbədiləşdirilməsi məsələsi hələ 1999-cu ildə Müdafiə Nazirliyi səviyyəsində qaldırılsa da, məsələ həllini tapmayıb.

16 il sonra, 2015-ci ildə Çanaqqala zəfərinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi dövlət mərasimində iştirak edən Prezident İlham Əliyev Çanaqqaladakı Şəhidlik Kompleksində azərbaycanlı şəhidlərin adlarının ədəbiləşdirilməsi ilə bağlı tapşırıq verdi. Dövlət başçısının Çanaqqala savaşı zamanı Osmanlı dövləti tərəfindən döyüşərək şəhid olan azərbaycanlı zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək istiqamətində səfirlik tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı verdiyi tapşırıq 2017-ci ildə yerinə yetirildi.

Rəsmi səviyyədə aparılan danışıqların nəticəsi olaraq Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin informasiya sistemində azərbaycanlı şəhidlərlə bağlı məlumat bazası yaradıldı və Çanaqqala Şəhidliyi Kompleksində xatirə lövhələrinə, simvolik məzar daşlarına şəhidlərimizin adları yazıldı. Soydaşlarımızla bağlı arxivlərdə hər hansı bir sənəd aşkar olunduğu təqdirdə Baş İdarəyə məlumat verilir və əldə olunan məlumatlar idarənin Azərbaycanla bağlı məlumat bazasına daxil edilərək adları xatirə lövhələrinə əlavə edilir.

Çətin anlarımızda Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə təmənnasız yardım etməsi, bütün dünya xalqlarına örnək göstərilə biləcək nümunələrdəndir. Çanaqqala Zəfəri əslində xalqların müstəqillik və suverenlik uğrunda işğalçılara qarşı mübarizəsinin standartını müəyyən etdi. Hesab edirəm ki, Çanaqqalada göstərilən türk vətənpərvərliyi daim, xüsusilə də Qarabağın işğalçılardan azad olunması istiqamətində əsas meyar olaraq tətbiq edilməlidir. Bizim torpaqlarımızı azad etmək üçün son savaşa başlamaqdan savayı çıxış yolumuz yoxdur.

Çanaqqala Savaşı bir daha sübut edir ki, 100 il əvvəl də, dədə-babalarımız düşmənə qarşı eyni səngərdə birgə mübarizə aparıblar, bu gün də...

Dünyada çox şey dəyişəcək, çox sular axacaq. Lakin Türkiyə-Azərbaycan birliyi dəyişməyəcək. Sonuncu iki cümlə məna etibarı ilə mənə aid deyil. Bunlar son gününə qədər at belindən enməyən, Sarıqamışda Süvari alayında xidmət edən zaman yaralanan ulu babamın xatirələrindən yadımda qalanlardır.

Hərbi ekspert Ədalət Verdiyev

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (II Yazı)

Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (II Yazı)

26-04-2019 15:23 - Ordu.az - Siyasət



Özəl müəssisələr:

1) “İrəvan Riyazi Maşınlar Elmi-Təqdiqat İnstitutu” Qapalı səhmdar cəmiyyəti; 
2) “Mergelyan Cluster” (“İrəvan Riyazi Maşınlar Elmi-Təqdiqat İnstitutu” Qapalı səhmdar cəmiyyəti, “İrəvan Riyazi Maşınlar Zavodu” Qapalı Səhmdar Cəmiyyəti və “Technology&Science Dynamics” kompaniyasını birləşdirir);
3) "Orbita" Qapalı Səhmdar Cəmiyyəti;
4) “Jamhar - D.D” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5) "İrəvan Rabitə Vasitələri Elmi-Təqdiqat İnstititu" Qapalı Səhmdar Cəmiyyət;
6) “DG Arms Corporation”;
7) “Slatsk” Qapalı Səhmdar Cəmiyyəti;
8) “Aspar Arms” Məhdud Məsuliyyətli Cəmiyyəti;
9) PSI Məhdud Məsuliyyətli Cəmiyyəti;
10) “Lubawa Armenia” Qapalı Səhmdar Cəmiyyəti;
11) “Astromaps” Məhdud Məsuliyyətli Cəmiyyəti;
12) “Qalaktika” Qapalı Səhmdar Cəmiyyəti;
13) “Radvan Technology” Məhdud Məsuliyyətli Cəmiyyəti;
14) “Kamaz-Armeniya” Qapalı Səhmdar Cəmiyyəti;
15) “Kalaşnikov” Konserninin texniki xidmət mərkəzi; 
16) “Analitik Cihaz” Qapalı Səhmdar Cəmiyyəti;
17) “Gorus Qamma” Açıq Səhmdar Cəmiyyəti;
18) “ArmDrone”;
19) “ArmCopters”;
20) “Instigate Robotics” Qapalı Səhmdar Cəmiyyəti;
21) “Locator” Qapalı Səhmdar Cəmiyyəti;
22) “Elbat” Qapalı Səhmdar Cəmiyyəti;
23) UAZ Servis Mərkəzi;
24) “Erebuni Elmi-Təqdiqat İnstitutu” Qapalı Səhmdar Cəmiyyəti;
25) “Firma Т.N.Т.” Məhdud Məsuliyyətli Cəmiyyəti;
26) “Elektron” Açıq Səhmdar Cəmiyyəti;
27) “Hayk-Mek” Məhdud Məsuliyyətli Cəmiyyəti;
28) “Davisur” Məhdud Məsuliyyətli Cəmiyyəti;
29) “Pegasus Logic” Məhdud Məsuliyyətli Cəmiyyəti;
30) “Insol” Məhdud Məsuliyyətli Cəmiyyəti;
31) “Barva” Məhdud Məsuliyyətli Cəmiyyəti;
32) “Nanoamorph Technology” Qapalı Səhmdar Cəmiyyəti;
33) “ArmElektronMaş” Açıq Səhmdar Cəmiyyəti;
34) “Aviakompleks” (İrəvan şəh.) Açıq Səhmdar Cəmiyyəti;
35) “Feron” Məhdud Məsuliyyətli Cəmiyyəti;
36) “Artsax Ayaqqabı-Tikiş istehsal birliyi” (Xankəndi şəh.) Qapalı Səhmdar Cəmiyyəti; 
37) “Armavir Dəzgahqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti; 
38) QİPK (Polimer Yapışqanlar Dövlət İnstitutu) Qapalı Səhmdar Cəmiyyəti (Vanadzor şəh.);
39) “Saturn-AKİA” Qapalı Səhmdar Cəmiyyəti; 
40) “Elektropribor” Açıq Səhmdar Cəmiyyəti (Yerevan şəh.); 
41) “Üçmüədzin Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti; 
42) “Rastr” Açıq Səhmdar Cəmiyyəti (Eçməzdin şəh.);
43) “Rafelqriq” Qapalı Səhmdar Cəmiyyəti (Yeğeknadzor şəh.); 
44) “Keçark” Açıq Səhmdar Cəmiyyəti (Razdan şəh.); 
45) “Alfa NİİP” Qapalı Səhmdar Cəmiyyəti (İrəvan şəh.).

Əlbəttə, yuxarıda qeyd edildiyi kimi bu müəssisələrin heç də hamısı tam gücü ilə işləmirlər, lakin kifayət qədər kapital yatırımları olarsa, onların potensialını bərpa etmək mümkündür.