I vitse-prezident köməkçisi, nazir, icra başçısı.. – Onları “Bank Standard”la nə bağlayır?

Bu yazıda adıçəkilən bankın və ya sığorta şirkətinin fəaliyyətindən yox, vaxtilə həmin qurumlarda çalışan yüksək rütbəli məmurlardan bəhs edəcəyik.
Azxeber.com bir zamanlar "Bank Standard” və "Standart İnsurance”də çalışmış məmurlarla bağlı araşdırma aparıb.
Birinci vitse-prezidentin köməkçisiXalid Əhədov2016-cı ildə "Bank Standard”ın baş direktoru olub. Məlumat üçün deyək ki, X.Əhədov bu vəzifəyə bank sektorundan gəlib və "Bank Standard”la yanaşı "Unibank”, "Bank of Baku”, "Azər Türk Bank” və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutub.
Vergilər naziriMikayıl Cabbarov1995-ci ildə "Bank Standard”da İdarə Heyətinin sədr müavini olub. Qeyd edək ki, "Bank Standard” elə həmin il yaradılıb və M.Cabbarov bu bankın ilk kadrlarından olub. Dövlət idarəçiliyinə gələnə qədər özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib və Nyu-York Vəkillər Kollegiyasının üzvü olub.
Xəzər rayon İcra Hakimiyyətinin başçısıElşən Salahov2009-cu ildə "Bank Standard”ın "Mərdəkan” filialının direktoru olub. Bir ay öncə Xəzər rayonunun icra başçısı təyin olunan E.Salahov 1999-2014-cü illərdə maliyyə sektorunda fəaliyyət göstərib. "Bank Standard”dan başqa Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışıb.
İcbari Sığorta Bürosunun icraçı direktoruRəşad Əhmədovda vaxtilə "Bank Standard”da çalışıb. Türkiyə təhsilli R.Əhmədov adıçəkilən bankda İdarə Heyətinin üzvü olub. Ardınca "Azərbaycan Sənaye Sığorta” və "Alliance Capital AŞ” şirkətlərinə rəhbərlik edib. Ötən ilin may ayında İcbari SığortaBürosunun icraçı direktoru təyin edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviriMustafa Abbasbəyliuzun müddət "Standard Insurance”də yüksək vəzifələr tutub. Bu şirkətdə hüquqşünas kimi fəaliyyətə başlasa da, sonradan İdarə Heyətinin sədк müavini işləyib. Son təyinata qədər Azərbaycan Sığortaçılar Assosiasiyasına rəhbərlik edib.