İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir açıqlanıb

İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir açıqlanıb

İcbari Sığorta Bürosu 2018-ci ildə7,8milyonmanat təqvim haqları toplayıb, təqribən1,2milyonmanat da investisiya gəlirləri əldə edib.


Bu barədə "Report”aekskluziv açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoruRəşad Əhmədovməlumat verib.


Onu sözlərinə görə, investisiya gəlirləri dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızları, banklarda olan depozitlər hesabına əldə edilib.


"Xərclər dedikdə, büronun saxlanılması, kompensasiya ödənişləri, informasiya sisteminin saxlanılması, Yaşıl Kart və katastrofik risklərlə əlaqədar təkrarsığorta və digər xərclər nəzərdə tutulur. Büronun 2017-ci illə müqayisədə qarantiya fondu təqribən4milyonmanata yaxın artım göstərib. HazırdaBüronuncəmi vəsaitləri34milyonmanat civarındadır. Bu vəsaitlərin təqribən10milyonmanatı -5milyonavro Yaşıl Kart sisteminə üzvlüyümüzlə əlaqədar Beynəlxaq Bürolar Şurasının tələbi ilə Avropa banklarında depozit/qarantiya olaraq yerləşdirilib. Qalan vəsaitlər isə Azərbaycan banklarında, dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızlarında diversifikasiya edilib”, - deyə R.Əhmədov əlavə edib.


İcraçı direktor Büronun investisiya siyasətində dəyişikliklərə toxunaraq qeyd etdiki, daxili qaydalara görə maliyyə sabitliyinə nəzarətin gücləndirilməsi məqsədilə bir bankda ümumi investisiya portfelinin25%-dən çoxunu saxlamaq yolverilməzdir: "Burada tək istisna dövlət qiymətli kağızlarıdır”.www.anews.az

loading...

İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər