İçərişəhər ətrafında yaradılan süni ajiotaj və çarəsiz səfillər

İçərişəhər ətrafında yaradılan süni ajiotaj və çarəsiz səfillər

Samir FEYRUZ


Siyasi səhnənin ən istedadsız aktyorlarının "reportyor”luğu…


Parisin Notr-Dam kilsəsi yananda Viktor Hüqonu cəbhəçi çıxartdılar, çarəsiz siyasi səfillər "Diqlas”ın yanmağını isə ölkədə insan hüquq və azadlıqlarının olmadığına bağladılar: paho, "Diqlas” dilə gəlib ki, ölkədə insan hüquqlarını bərpa edin, yoxsa özümü yandıracam!? Əllərində iri, lap iri səhifələr, tv-lər, domenləri müxtəlif dövlətlərin serverlərində yer almış saytlar, youtube kanalllar.., di gəl ki, deyirlər, bizə azad söz verin. Xaricdən alınan qrantlar, yığılan ianələr, "əmr”lərin icrasından əldə edilən pulların hesabatını vermək heç kimə asan gəlməsin e.

Vaxtilə "Mən Rotşilderin ailəsindən pul alıram” deyib bütün müxalifəti ümid və qorxu içərisində saxlayan Emin Hüseynovun, xaricdəki "siyasi mühacir”lərin, lap elə ölkəmizdəki dızmaduruq cəbhəçilərin, başlarındakı Əli Kərimlinin məqsədi ölkədə müsbət dəyişikliklərə nail olmaq yox, ölkənin xaricə satışını rəsmən sənədləşdirməkdir. Qərbin o qədər belə "notariat” təşkilatları var ki… Amma boşuna vaxt sərf edirlər, Azərbaycanın təməli o qədər möhkəm qoyulub ki, həmvətənlərinin arasından qadın paltarında sivrilib səfirliklərə sığınanların niyyətləri reallaşan deyil. Xüsusi troll şəbəkələri formalaşdırıb dezolarla ölkədə ictimai rəyi çaşdırmaq məşhur və primitiv taktikadır. Bu gün özünü bütün müxlaifətin "lideri” adlandıranların, milyonlarla pula, əmlaka sahiblənən, xüsusi boğuq və "qluşitel” tembrli səs tonu ilə sosial şəbəkələrin "Bayram Nurlusu”na çevrilmiş Aslan İsmayılovun əlinə bir telefon alıb "reportyorluq” etməsi siyasi səhnənin ən istedadsız aktyoru kimi ikrah doğurur. Sanki pusquda durublar ki, hansısa bir mənfi hal aşkarlanan kimi səslərini başlarına atıb birbaşa dövləti ittiham etsinlər, xaricdəki "xaç ata”larına donoslar yazsınlar, troll şəbəkələri vasitəsilə ictimai rəyi çaşdırıb öz məqsədlərinə uyğunlaşdırsınlar və sairə… Növbədə "İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu idi.


"Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib”


İndi adama sual verərlər: ""İçərişəhər”də çəkilişlər edib insanlarda çaşqınlıq yaratamağa cəhd edənlər hər gün orada yerləşən bahalı restoranlarda yeyib-içəndə niyə susurdular, həmin vaxt gözləri kor idimi? Axı İçərişəhəri heç kim dağıtmır, 2011-ci ildə orada aparılan restavrasiya (bərpa) işləri zamanı çəkilmiş fgotoları 8 il sonar paylaşıb yazırlar: "Ay camaat, hakimiyət, məmurlar İçərişəhəri dağıdır, divarları sökürlər…”. Bu zırpılıqda yalanla, böhtanla nə qədər yaşamaq olar, axı sizin yalanlarının heç 40 gün də çəkmir. İndi radikal müxalifətçilər sosial şəbəkələrdə neçə gündür hay-həşir salıblar ki, qoymayın, İçərişəhərin divarlarını sökürlər. "İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu həqiqəti ortaya çıxarmaq, səslənən ittihamların yalan olduğunu isbatlamaq üçün Media-tur təşkil etdi, jurnalistlər öz gözləri ilə gördülər ki, yayılan şəkillər bu günə aid deyil. Eyni zamanda "İçərişəhər” DTMQİ ictimaiyyətə müraciət də etdi: "Dünən paylaşılan fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir. İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilmişdir. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir. "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görmüşdür. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.


Azərbaycanda tarixi abidələrə də, mili-mənəvi dəyərlərimizə də ən yüksək qiyməti dövlət başçısı İlham Əliyev verir. Prezident İlham Əliyevin bu günə qədər bu istiqamətdə atdığı addımlar təkcə ölkəmizdə deyil, bütün dünyada təqdir olunur. Azərbaycanda YUNESKO-nun Ümumdünya irs siyahısında Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər və Qobustan Qaya sənəti mədəni landşaftı daxildir. Ölkənin Birinci vitse-prezidentinin uzun illər rəzində Azərbaycan tarixi abidələrinin qorunması, tanıdılması istiqamətimndə atdığı addımlar böyük tarixi əhəmiyyətə malikdir.


"Əziz” dezoyanlar, cəbhəçilər, "klaviatura aslan”ları! Siyasi mübarizədə uduzanda da gərək məğlubyyətini kişi kimi qəbul edəsən ki, yenidən mübarizə aparmaq üçün addım atanda öz dəyərlərini aşınmış, dağılmış görməyəsən. Oynamağa başqa şey tapmaq olardı, İçərişəhər oyuncaq deyil.


Açar sözlər
Emin Hüseynov , Aslan Ismayılov , Əli Kərimli , Ilham Əliyev , Viktor Hüqo , Yunesko , Qobustan , Paris , Kiçik Qala Küçəsi , Azərbaycan
Siyasət xəbərləri
Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

26-04-2019 15:10 - Femida.az - Siyasət
Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.
Azxeber.com digər xəbərlər