“İçərişəhər” rəsmisindən Aslan İsmayılova - CAVAB

“İçərişəhər” rəsmisindən Aslan İsmayılova - CAVAB

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov hüquqşünas Aslan İsmayılova cavab verib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, aparat rəhbəri A. İsmayılovu tənqid edib:
"Bunu ilk dəfə paylaşan insan hüquqşünas olsa da, sonradan ritorikasını dəyişib qanunvericiliyə istinad edir. Mən özüm də hüquqşünasam.İçərişəhərin bufer zonasının harda başlayıb harda bitməsi qaydalarda müəyyən olunur. Bufer zonası qala divarlarının xaricindədir. İçərişəhərin daxilində bufer zonası yoxdur. Bu boyda dövlət idarəsini savadsız qələmə verəndə heç olmasa qaydalarla yaxşı tanış olmaq lazımdır. Həmin şəxslərə ayıb olsun ki, köhnə şəkli yeni şəkil kimi qələmə veriblər. Mən onların məqsədlərini dərk edirəm. Ancaq başqaları da paylaşır, bu bizi narahat edir. Yəqin, həmin adamlar 8 ildə burada olmayıblar.

Mədəniyyət xəbərləri
Azxeber.com digər xəbərlər