İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? - VİDEO

İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində "İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasınıvə yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub.

Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir?

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsələyə dair rəsmi bəyanatında yayılan məlumatların dezinformasiya xarakteri daşıyıb, yalan olduğu birmənalı şəkildə bildirilir.

Məlumatda, tirajlanan fotoların 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilən və həmin əsnada dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülən dövrdə çəkildiyi qeyd olunur:

"Məsələnin kökündə isə, əslində, sovetlər dönəmində, 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib.

"İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb.

Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənibhazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Öz növbəsində "İçərişəhər”in mətbuat xidmətinin rəhbəri Rahib AzəriOxu.Az-a açıqlamasında ərazidə iaşə obyektlərinin inşasının Qala divarlarına zərər yetirməsi ilə bağlı yayılan məlumatların, sosial şəbəkələrdəki görüntülərin və irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini bildirir:

"Qala divarlarını zədələyəcək heç bir tikinti işləri aparılmır. Divarlara heç bir ziyan dəyməsin deyə tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar qoyulub. Qala divarına bitişik hər hansı yenidənqurma işlərinin aparılması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Məkanın turistlərin diqqət mərkəzində saxladığı yerlərdən biri olduğunu xatırladan qurum sözçüsü onu da əlavə edib ki, görülən işlərin məqsədi İçərişəhərdə fəaliyyət göstərən restoranları yeniləməkdir. O, ərazinin müxtəlif dövrlərdə tədqiq olunduğunu deyib:

"Qala divarları perimetr boyu araşdırılıb, arxeoloji qazıntılar aparılıb və yekun olaraq bu ərazidə heç nə aşkarlanmayıb. Əvvəlki dövrlərdə də İçərişəhərdə restoranlar mövcud olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, lakin indiki tikililər qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.

"İçərişəhər” rəsmisi həmçinin guya tarixi bürclərdən birinin uçması, hazırda isə bərpa olunması ilə bağlı məlumatlara da münasibət bildirib və onların həqiqətə uyğun olmadığını qeyd edib:

"İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı - 2012-ci ildə çəkilib”.

Bu arada onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə belə əssasız, heç bir faktlara söykənməyən məlumatların yayılması təsadüfi bir hal kimi qəbul oluna bilməz. Heç bir yoxlanılma aparılmadan, bir neçə istiqamətdən İçərişəhərin tənqid atəşinə tutulması, real vəziyyəti əks etdirməyən yalan məlumatların yayılması bu işdə maraqlı adamların olduğu barədə fikir yürütməyə əsas verir.


Mədəniyyət xəbərləri
Anews.az digər xəbərlər
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.