“İçərişəhər”də nə baş verir? - Cebhe TV yerində çəkdi - VİDEOSÜJET


“İçərişəhər”də nə baş verir? - Cebhe TV yerində çəkdi - VİDEOSÜJET

Günlərdir ki, “İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı ciddi müzakirələr gedir.

Bakının rəmzi sayılan “İçərişəhər”in göz görə-görə dağıdılması ittihamları səsləndirilir. Sosial şəbəkələrdə Qala divarlarının bir hissəsinin dağıdıldığını əks etdirən fotolar da yayılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmi açıqlamasında isə tikintinin divara bitişik aparılmadığı, divardan 10-15 sm məsafədə həyata keçirildiyi bildirilir.

Cebhe.TV yayılan məlumatlara aydınlıq gətirmək üçün “İçərişəhər”də tikinti işləri ilə yerində tanış olub.

Müşahidələr göstərib ki, restoranın təməli artıq qoyulub və tikinti davam edir. Tikinti işləri gedən əraziyə giriş isə mümkün olmayıb. Əraziyə giriş məhdudlaşdırılıb. Mətbaut nümayəndələri də tikinti gedən əraziyə buraxılmır.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə var. Əsasnamədə qeyd olunur ki, zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Görünən odur ki, hazırda ərazidə tikinti aparanlar İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əsasnaməsini pozmuş olur.

Hadisə xəbərləri
Cebhe.info digər xəbərlər