“İçərişəhər”də nə baş verir? - VİDEO

“İçərişəhər”də nə baş verir? - VİDEO

Dövlət Qoruğunun rəsmisi hamını ayağa qaldıran fotolarla bağlı açıqlama verdi

Sosial şəbəkələrdə "İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülməsini əks etdirən fotoların yayaılması b öyük müzakirələrə səbəb olub. Fotolarda qala divarı, qala bürclərindən birinin söküldüyü və yenidən mişar daşları ilə tikildiyi öz əksini tapıb."İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov münasibət bildirib. O,ərazidən videogörüntü yayaraq bildirib ki, qeyd olunan iaşə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb:

"Mövzuya əlavə olaraq - Qala divarlarının ərazisində şəxsən çəkdiyim videoşərhimi həmçinin sizlərlə paylaşıram. Artıq bir çox şəxslərin "düz rakurs tutmamısınız şəkillərdə ki bitişiklik və divar dağıntıları görsənməsin” kimi iradlarına cavab olaraq. Buyurun, sizin istinad etdiyiniz 5-6 ildən çox vaxt öncə çəkilən şəkil yox, 24 aprel 2019-ci ilin videogörüntüləri".

O, qeyd edib ki, yüngül konstruksiyadan ibarət materiallarla terras genişləndirilir. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin və ya divara müdaxilə olunmasın. "Divar nə sökülür, nə də zədələnir. Daşdan heç bir tikinti aparılmır, aparılmayacaq".

R. Qasımov onu da qeyd edib ki, Qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə - ərazidə bərpa işləri aparılan dövrə məxsusdur.