İçərişəhərdə təmir və bərpa işləri davam edir – FOTO

İçərişəhərdə təmir və bərpa işləri davam edir – FOTO

Bakucity.az xəbər verir ki, aprelin 24-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib. Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.

Keçmişdən gələcəyə

Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.

Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.

Digər fotoqraf B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.

Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər