“İçərişəhər”də tikinti harada aparılıb? - Rəsmi görüntülər yayıldı

“İçərişəhər”də tikinti harada aparılıb? - Rəsmi görüntülər yayıldı

“İçərişəhər”də tikinti harada aparılıb? - Rəsmi görüntülər yayıldı

16:24 26 Aprel 2019

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilməsi üçün mətbuat konfransı keçirilib.


Femida.az -ın xəbərinə görə, konfransdan sonra media nümayəndələri İdarənin əməkdaşları ilə birlikdə sosial şəbəkələrdə Kiçik Qala küçəsində söküldüyü iddia edilən bürcün yerləşdiyi əraziyə yollanıb.

Media nümayəndələri Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olub. Jurnalistlər sosial şəbəkələrdə yayımlanan xəbərlərin həqiqətəuyğun olmadığını müşahidə ediblər.

DTMQİ-nin Aparat rəhbəri Riad Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilib: “Bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Aparat rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə yayılan fotolardakı görüntü Qala divarları ilə əlaqəli deyil: “Burada yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Bəzi müxalif qüvvələr ərazidə aparılan yenidənqurma işlərinin Qala divarına bitişik olmasını iddia edirlər. Təbii ki, bu məlumatlar həqiqəti əks etdirmir. Özünüz də görürsünüz ki, yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb”.

Mədəniyyət xəbərləri
Femida.az digər xəbərlər