İcra başçısı problemləri dinlədi

İcra başçısı problemləri dinlədi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 18 aprel 2019-cu il tarixdə Aşağı Ballıqaya kəndinin əhalisi ilə görüş keçirib.
Görüşdə rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

İcra başçısı sakinlərin onları narahat edən problemlərini dinləyib. Problemlər əsasən işlə təminat, suvarma suyu, kəndə gələn yolun təmiri ilə bağlı olub.

Qaldırılan məsələlərlə bağlı İcra başçısı müvafiq tapşırıqlar verib, icrası nəzarətə götürülüb. Rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Siyasət xəbərləri
Modern.az digər xəbərlər