"İctimaiyyət anti-milli qüvvələrin cavabını layiqincə verir" MÖVQE-ÖZƏL

"İctimaiyyət anti-milli qüvvələrin cavabını layiqincə verir" MÖVQE-ÖZƏL

“Son 16 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkəyə çevrilib. Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir. Belə ki, cənab Prezidentin müvafiq Fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə davamlı olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır”. Bu fikirləri SİA-ya açıqlamasında milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Xalqımızın ölkə Prezidentinə böyük etimad göstərdiyini deyən deputat söyləyib ki, Azərbaycanın uğurları, əldə olunan nailiyyətləri bəzi dairələri narahat edir: “ Bunun nəticəsidir ki, Anti-Azərbaycan qüvvələri zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışır, ölkəmizin beynəlxalq imicinə, inkişafına zərbə vurmağa çalışırlar. Onların sifarişlərini yerinə yetirən “Trensparency İnternational”, “Amnisty İnternational” və digər bu kimi qurumlar ölkəmiz haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Amma bunlar heç bir nəticə verməyəcək”.

C. Paşazadə qeyd edib ki, Azərbaycanda əldə olunan nailiyyətlərin başlıca səbəbi xalq-Prezident birliyidir: “ Bu baxımdan cəmiyyətimizi, xalqımızın fikirlərini qarayaxma kampaniyaları ilə çaşdırmaq mümkün deyil. İctimaiyyət hər zaman onlara layiqli cavabını verir və bundan sonra da verəcək”.

Siyasət xəbərləri
Mətbuat Şurası 10 media vasitəsinə xəbərdarlıq etdi - FOTO

Mətbuat Şurası 10 media vasitəsinə xəbərdarlıq etdi - FOTO

24-04-2019 18:34 - Milli.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az", "Yenixeber.org", "Baku News" (baku.news), "42-ci paralel.az", "Sozcu.info", "Denizxeber.az" xəbər portalları, "Region mediası" qəzeti, "Ustad" dərgisi, "Loqos", "Düyməcik", "Elmi iş" jurnalları, "ONN media" (onn.az) və "Elit" İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Sia.az digər xəbərlər