IDEF 2019: TMD yeni ultra-yüksək səmərəli X diapazonlu gücləndiricilərini təqdim edib

IDEF 2019: TMD yeni ultra-yüksək səmərəli X diapazonlu gücləndiricilərini təqdim edib

Böyük Britaniyanın “TMD Technologies” İstanbulda davam edən IDEF-2019 beynəlxalq müdafiə sərgisində radar, elektron müharibə və kommunikasiya sistemləri üçün yeni ultra-yüksək səmərəli X diapazonlu gücləndiricilərini nümayiş etdirib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, kompaniyanın təqdim etdiyi məhsullar arasında ən yeni PTX 8501 və 8430 mikrodalğalı enerji modulları (MEM) da mövcuddur.

Həmin MPM-lər X diapazonunda əməliyyat aparır və yeni təkmilləşdirilmiş gəzən dalğa borusu xüsusiyyətinə malikdir. Bu xüsusiyyət isə ona, bir öncəki modellərdən 50% daha çox effektivlik və ultra-yüksək səmərəlilik təmin edəcək.

Gücləndiricilər quruda, dənizdə və havada quraşdırılan yüksək enerjili radarların tətbiqi üçün dizayn edilib. Firmanın məlumatına görə, bu sistemlər 9-10 Ghz tezlikdə 1 kw çıxış gücünə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TMD IDEF-2019

İKT xəbərləri
Ordu.az digər xəbərlər