İdxal edilən balın rüsumunun artırılması ilə bağlı hökumətə müraciət hazırlanır


İdxal edilən balın rüsumunun artırılması ilə bağlı hökumətə müraciət hazırlanır

“Azərbaycan Arıçılar Assosiasiyası balın idxal rüsumunun artırılması üçün aidiyyatıdövlətqurumlarına müraciət hazırlayacaq”.

Bu barədə Cebhe.info-ya Assosiasiya sədriBədrəddin Həsrətovbildirib.

Onun sözlərinə görə, idxal rüsumlarının artırılmasında məqsəd bazarı qorumaqdır: “Daxili bazarı qoruya bilmirik”.

B.Həsrətov vurğulayıb ki, qiyməti2-3manata satılan bal ölkədə geniş yayılıb: “Bu qiymətə satılan balın tərkibi ilə bağlı bizdə şübhə var. Bu arıçılığın inkişafına böyük zərbə vura bilər”.

Hal-hazırda Azərbaycana gətirilən təbii bala tətbiq olunangömrük idxal vergisinin dərəcəsi10faiz təşkil edir.

Ötən il ölkədə3min tondan çox bal istehsalolunub.Bu il isə5min tondan çoxgözlənilir.

Cebhe.info


Oxunma sayı: 89