“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”

“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”

“Ümumiyyətlə, isə nəzərdə tutulub ki, hər il Qarabağ bölgəsindən Muğam Müsabiqəsində iştirakçılar olduğu üçün Ağdamda açılışı olan Muğam Mərkəzində də çıxışımız olsun”


Bunu Moderator.az-a açıqlamasında yazıçı, Yeddinci Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin üzvü İlqar Fəhmi deyib. İ.Fəhmi müsabiqə daxilində “Nəsimi həftəsi” təşkil edildiyini bildirib:


“Bu il “Nəsimi ili” olduğu üçün qərara gəldik ki, Nəsiminin adı finalda və ara müsabiqələrinin birində səslənsin. Müsabiqələrdən hansına ki, “Nəsimi həftəsi” salmışdıq onu elə istədik ki, Nəsimin vətəni olan Şirvan bölgəsində edək. Bu həftə çıxışlarımızdan biri İsmayıllıda digəri isə Şamaxıda olacaq və Nəsimi şeirləri oxunacaq. Çox maraqlı bir proqram qurulub. Ümumiyyətlə, isə nəzərdə tutulub ki, hər il Qarabağ bölgəsindən Muğam Müsabiqəsində iştirakçılar olduğu üçün Ağdamda açılışı olan Muğam Mərkəzində də çıxışımız olsun. Bununla yanaşı, Horadizdə də çıxış edəcəyik. Bir sözlə iki yeni müəssisədə-Ağdam Muğam Mərkəzində və Gəncə şəhər Filarmoniyasında çıxışımız baş tutacaq”.


İ.Fəhmi ifaçılardan bəzilərinin səhhətinə problem yarandığı üçün bu istiqamətdə diqqətli olduqlarını bildirib:


“İştirakçıların çıxışları qənaətbəxşdir. Uşaqlar ötən illərə nisbətən bu il maraqlı ifalar gostərirlər. Sadəcə olaraq xəstəliklərlə bağlı uşaqlardan əziyyət çəkənləri oldu. Çalışırıq ki, onlara soyuq dəyməsin. Bununla bağlı valideynlərindən də xahiş etmişik. İlk başlanğıcda iştirakçılardan bir neçəsi xəstə olduğu özünü göstərə bilmədi. Bu il qar da yağmadı və viruslar da çox yayılmağa başladı. Ona görə də ifaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın”.


Vasif Əlihüseyn

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər
DİM-dən əvvəlki illərin məzunlarına müraciət

DİM-dən əvvəlki illərin məzunlarına müraciət

23-04-2019 10:42 - Moderator.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də:- ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən;-tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən;-tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən;-xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan;- 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı;-orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.