İftar süfərsində kimlər əyləşə bilər? - Ramazan

İftar süfərsində kimlər əyləşə bilər? - Ramazan

İftar süfərsində kimlər əyləşə bilər? - Ramazan haqqında bilmədikləriniz

Müqəddəs ayda insanları maraqlandıran suallardan biri də iftar süfrəsi ilə bağlıdır. Ramazanda imkanlı şəxslərin bir qismi insanlar üçün iftar süfrəsi açırlar. Bəzən iftarda oruclu olmayan insanlar da müşahidə etmək olur. Bəs bu nə dərəcədə düzgündür?

Oxu24.com medicina.az-a istinadən mövzu ilə bağlı məlumatları təqdim edir.

Bu mövzu hər ramazanda müzakirə olunur. Müşahidələrə görə, oruc tutmayan, içki içən, hətta Allahın varlığını qəbul etməyən ateistlər belə bəzi hallarda iftar süfrələrində əyləşirlər. Bəs İslam dininin bu barədə göstərişləri nələrdir? İftar süfrəsində kimlər olmalıdır? Oruc tutmayanların həmin mərasimlərə dəvət olunması düzgündürmü?

İlahiyatçıların sözlərinə görə, Məhəmməd peyğəmbər iftarın savabı haqqında buyurur ki, kim oruc tutan şəxsə hətta bircə xurma ilə iftar verərsə, Allah yolunda bir qul azad etmiş olar. İftar süfrəsinə yalnız maddi baxımdan ehtiyaclı olan insanların dəvət olunması da düzgün hesab olunmur. Çünki onlar narahat ola bilərlər. Həm maddi durumu yaxşı olanlar, həm də ehtiyaclı insanlar bir yerdə iftar açsa, bu həm də sosial bərabərliyin təmin edilməsinə xidmət etmiş olar. Çünki orucun fəlsəfəsi budur ki, həm də zəngin insanlar fəqirlərin, ehtiyaclı insanların halından xəbərdar olsunlar.

loading...

Paylaş:

09-may, 2019 4

loading...

Загрузка...

loading...

Siyasət xəbərləri
Oxu24.com digər xəbərlər