İki “dəniz”in qovuşduğu şəhər: Sumqayıt-Qafqazın Osakası

İki “dəniz”in qovuşduğu şəhər:  Sumqayıt-Qafqazın Osakası

Yaponiyanın Osaka şəhərininsadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, buradamüasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərininvəhdət təşkil etdiyi hər kəsə məlumdur. Lakin siz bu reportajda öz əsrarəngizliyi,füsunkarlığı ilə Osakadan heç də geri qalmayan, Qafqazın Osakası hesab edə biləcəyimizbir şəhərdən – onun sadəcə bir hissəsi olan bulvarından bəhs edəcəyik. İnanırıqki, oxuduqlarınız bu şəhəri daha yaxından tanımaqda və sevməkdə kömək edəcək.

106 hektarlıq cənnət və ya “gənclər şəhəri”ninmöcüzəsi

Bu il ölkəmizin ən böyük,eləcə də iqtisadi baxımdan ən çox tərəqqi edən şəhərlərindən biri olanSumqayıtın 70-ci ildönümüdür. Əsası 1949-cu ildə qoyulan, son üç ildə ciddiyenidənqurma və abadlıq işlərininaparıldığı Sumqayıt şəhəri öz simasını sürətlə dəyişməkdə, müasirləşməkdə, gözəlləşməkdədir.Sumqayıtın son üç ildə necə, hansı sürətlə dəyişdiyini anlamaq üçün sadəcə şəhərbulvarını ziyarət etmək kifayətdir.

Hər şeydən öncə qeyd edəkki, bu gün əsl cənnət təsiri bağışlayan, təbiət və insan əməyinin bütün gözəllikləriniözündə birləşdirən Sumqayıt bulvarının indi yerləşdiyi məkan şəhərin ənbaxımsız ərazilərindən biri olub. Kanalizasiya və çirkab sularının axıdıldığı,zibil təpəliklərinin “göz deşdiyi”, üfunət iyinin baş çatlatdığı bu ərazi sonillərə qədər şəhərin ən yaralı yerlərindən biri sayılırdı. Lakin 2016-cı ildəheç kimin gözləmədiyi, ağlına belə gəlmədiyi bir möcüzə reallaşdı. 2016-cı ildəşəhərin ən baxımsız yerində heç kimin gözləmədiyi halda 106, 1 hektarlıq ərazidəəsl cənnət meydana çıxdı. Məlum ərazidə böyük bulvar kompleksi inşa edildi ki,bu kompleksə müasir ictimai iaşə obyektləri, idman meydançaları, yaşıllıqlar,avtodayanacaqlar, dambalar, velosiped yolu və s. daxildir.

Sahil boyunca kilometrlərləuzanan, öz rəngarəngliyi, ruh oxşayan gözəllikləri ilə diqqət çəkən bulvarın hərqarışında şəhərin bu günü və sabahını düşünən insanların sevgi və əməyiduyulur. Bulvara minlərlə ağac və kolun qazandırdığı gözəllik isə sözün həqiqimənasında göz oxşayır.

“Yaşıl dəniz”, yaxud qızılgül səltənəti...

Sumqayıt bulvarına seyredərkən diqqət çəkən ən mühüm məqamlardan biri burada qazon sahəsinin, gül vəağac “dənizinin” on hektarlarla ərazini əhatə etməsidir. Məhz yaşıl sahəninböyüklüyü səbəbi ilə mavi Xəzərin sahilinə sığınan bulvar ərazisindəyaşıllıqdan ibarət dəniz formalaşıb ki,bu da şəhəri iki dənizin qovuşduğu məkana çevirir. Göy və yaşıl rənglərinahəngdarlığını yaradan, bulvar ərazisin qeyri-adi gözəllik qazandıran bu mənzərəkilometrlərlə davam edir.

"SumqayıtBulvar" Məhdud Məsuliyyətli Cəmiyyətirəhbəri Yavər Vəliyev bizimlə söhbətində bulvar ərazisində əkilən gülvə ağacların sayı ilə bağlı heyrət doğuran rəqəmlər səsləndirdi. Y.Vəliyevinsözlərindən bəlli oldu ki, bulvar ərazisində 180 minə yaxın qızılgül, habeləbir o qədər ağac və kol əkilib. Yaşıllıqların salınması zamanı 30-a qədər müxtəlifağac növündən istifadə edilib ki, bunların arasında həm yerli, həm də xaricdəngətirilən ağaclar mövcuddur. Bütövlükdə xaricdən, xüsusilə də İtaliya və Türkiyədəngətirilən ağaclar üstünlük təşkil edir. Belə ki, bulvar ərazisində əkilənağaclaırn 80%-i məhz adıçəkilən ölkələrdən gətirilib. Bundan başqa, Abşeroniqlimi üçün ideal hesab ediln zeytun ağaclarının da sayı yetərincə.

Bulvar ərazisindəqızılgüllərlə yanaşı mövsümü güllərin əkilməsinə də xüsusi fikir verilir. Cariilin yanvarından aprelinə kimi bulvar ərazisində 70 min mövsümü gül əkilib.Sumqayıt bulvarında 25 minə yaxın həmişəyaşıl gül mövcuddur ki, bu da mövsümdənasılı olmayaraq bulvarın yaşıl görüşünüşünü təmin edir. Bütövlükdə 106, 1hektarlıq bulvar ərazisinin yarısını – 53,1 hektarını yaşıllıqlar təşkil edir. Eləbu səbəbdən də Sumqayıt bulvarı ilin bütün fəsillərində “yaşıl dəniz”i, yaxudqızılgül səltənətini xatırladır. Burada hər şey təbiətdən – onun ilkinliyindən,əbədiliyindən, sonsuzluğundan və insan ruhuna doğmalığından xəbər verir.

Sumqayıt bulvarında “İslandiya rüzgarı” : fontanlar,bulaqlar və daha nələr...

Sumqayıt bulvarının çoxsaylıözəlliklərindən biri də burada fontan və bulaqların bolluğudur. Öz gözəlliyi vəçoxuğu ilə qeyzer və bulaqlar yurdu olan İslandiyanı yada salan Sumqayıtbulvarına sözügedən fontanlar qeyri-adi gözəllik qazandırır. Hazırda buvar ərazisində6 ədəd fontan mövcuddur ki, onların hamısı işlək vəziyyətdədir və günün müvafiqsaatlarında fəaliyyət göstərir.

Bulvar ərazisindəbulaqların sayı fontanlarla müqayisədə daha çoxdur. Bulvar ərazisində 8 bulaqmövcuddur ki, bu bulaqlar 24 saat ərzində insanları yüksək keyfiyyətli su ilə təminedir.

Bulvarda 3 sanitarqovşağı da mövcuddur ki, bu sanitar qovşaqları dekorativ kol və ağaclarla əhatələnib.

Bir sözlə, bulvar ərazisindəyaşıllıqlar kimi fontan və bulaqlar da bu məkanın vahid gözəlliyinin ayrılmaz tərkibhissəsi kimi çıxış edir. Su və yaşıllığın hər addımda bir-birini tamamlayan vəhdətibütün dünyada qeyzer və bulaqların vətəni kimi tanınan İslandiyanı yada salır. Sumqayıtbulvarını seyr etdikcə insana elə gəlir ki, Avropada yerləşən, okean və dənizlərləəhatələnən gözəl İslandiya təbiətinin bir parçasını hansısa sirli qüvvəsə “udub” və “həmin parça” məhz burada – özünün 70 illiyinəhazırlaşan bu şəhərdə üzə çıxıb.

Istirahət və idmanı birləşdirən məkan

Sumqayıt bulvarındainsanların istirahət ilə yanaşı, onların idmanla məşğul olması üçün də geniş şəraityaradılıb. Belə ki, buvar ərazisində iki mini futbol meydançası var ki, futbolhəvəskarları bu meydançaların imkanlarından istifadə edə, asudə vaxtlarını səmərəlişəkildə dəyərləndirə bilirlər.

Sumqayıt bulvarındatennis həvəskarları üçün tennis meydançası da inşa edilib. Hansı ki, tennis həvəskarlarımüasir tələblər səviyyəsində qurulan bu meydanın imkanlarından istədiklərizaman istifadə edə bilərlər.

Bulvarda velosipedidmanının inkişafı üçün də bütün lazımi şərait yaradılıb. Bulvar ərazisində 3metr enində velosiped yolu var ki, Sumqayıtdan başlayıb Novxanıya kimi davam edənbu yolun ümumi uzunluğu 12,7 km-dir.

Bulvar ərazisindəvelosiped yolunun mövcudluğu insanların idmanın bu növünə marağını artırmaqlayanaşı, şəhərin ekoloji durumuna da müsbət təsir göstərir. Velosipedin şəhərmühitində ekoloji baxımdan ən təmiz nəqliyyatnövü olduğunu nəzərə alsaq, buvardakı velosiped yolunun gələcək perspektvininindikindən daha böyük əhəmiyyət kəsb etdiyi aydın olar.

Bayraq Muzeyi – dövlətçilik tariximizə işıq tutanmilli-mənəvi abidə...

Sumqayıt bulvarında öz əzəmətiilə diqqət çəkən möhtəşəm tikililərnə biri də üçmərtəbəli Bayraq Muzeyidir.Tikintisi 2017-ci ilin fevralında başlayan və sentyabrında başa çatan muzeyinümumi ərazisi 10 min kvadratmetrdir. Muzeydə iki sərgi zalı mövcuddur ki,burada 6 bölmə fəaliyyət göstərir.

Bayraq Muzeyinin ən mühümözəlliklərindən biri də muzeydə dövlətçilik tariximiz, milli özünüdərkimizbaxımından vacib əhəmiyyət kəsb edən eksponatların nümayiş edilməsidir. Bueksponatlar arasında ölkəmizin xanlıqlar dövrünə aid xəritələr, bayraqlar,metal sikkələr, kağız pullar, gerblər və s. nümayiş olunur. Bayraq Muzeyində həmAzərbaycan Xalq Cümhuriyyəti, həm də sovet Azərbaycanı ilə bağlı daekspozisiyalar mövcuddur ki, bu da ölkə tarixinə bir küll halında, bütöv, tam şəkildənəzər salmağa imkan verir. Əslində Sumqayıt bulvarının ümumrespublika əhəmiyyətininbir isbatı da buradakı Bayraq Muzeyində sadəcə Sumqayıt tarixi ilə deyil, bütün ölkə tarixi ilə bağlı eksponatlarınnümayiş edilməsidir.

Onu da vurğulayaq ki,2017-ci ilin 15 dekabr tarixində istifadəyə verilən Bayraq Muzeyinin açılışındaprezident İlham Əliyev də iştirak edib.

Bayraq Muzeyi şəhərsakinləri, xüsusilə də yeniyetmələr, orta məktəb şagirdləri və tələbələr tərəfindən sıx-sıx ziyarət edilir ki, bu da gəncnəslin tariximizə bağlılığı, milli dəyərlər ruhunda tərbiyəsi baxımındanolduqca əhəmiyyətlidir.

Müasir ictimai iaşə müəssisələri, təhlükəsiz qida,nümunəvi xidmət

Sumqayıt bulvarındainsanların rahatlığını təmin etmək məqsədi ilə ictimai iaşə müəssisələri də fəaliyyətgöstərir. Bulvar ərazisində müasir standartlara cavab verən restoran və kafelərfəaliyyət göstərir ki, bu ictimai iaşəmüəssisələrində vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir.

Bulvar ərazisində təsadüfişəxslər tərəfindən vətəndaşlara keyfiyyətsiz qida məhsullarının satışını əngəlləmək,qida zəhərlənməsi və s. kimi arzuedilməz halların yaşanmasına yol verməmək üçünəraziyə ciddi nəzarət olunur.

Bulvar ərazisindəkiinsanların sadəcə qida təhlükəsizliyini deyil, həm də fiziki təhlükəsizliyini təminetmək baxımından da bütün zəruri addımlar atılıb. Belə ki, bulvar ərazisinə həmtexniki vasitələrin, həm də mühafizə xidmətinin vasitəsi ilə ciddi nəzarətolunur. Bu isə insanlara tam təhükəsiz şəraitdə istirahət etməyə, dənizin, təbiətingözəlliklərindən zövq almağa imkan verir.

Ümumilikdə, bulvardakıgözəllik və təmizliyin qorunub saxlanılmasında "Sumqayıt Bulvar" MəhdudMəsuliyyətli Cəmiyyətinin bütün şəxsi heyətinin, eləcə də bu qurumun rəhbəriYavər Vəliyevin böyük əməyi mövcuddur ki, bulvara gələn, onun gözəlliyindənzövq alan şəxslərin bu insanlara ən azından bir təşəkkür borcunun olduğu şübhəsizdir.

Avropanı ovsunlayan, Ispaniya və Fransada mükafatlatəltif edilən şah əsər

Sumqayıt bulvarı iləbağlı ən maraqlı və qürurverici məqamlardan biri də onun Avropanı belə heyrətləndirməsi,bir sıra beynəlxalq mükafatlara layiq görülməsidir. Xatırladaq ki, 2017-ci ilin3 iyul tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Global TradeLeaders Club”un 24-cü Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıtbulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiqgörülüb. Mükafat adıçəkilən təsisatın baş katibi Rikardo Lopes tərəfindən şəxsəntəqdim edilib. Lakin bu, Sumqayıt bulvarının Avropada əldə etdiyi son uğurolmayıb. Elə həmin ilin 16 oktyabr tarixində Sumqayıt bulvarı Parisdəkeçirilən forumda da“Global Trade Leaders Club”un “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”nalayiq görülüb.

Məlumat üçün qeyd edəkki, “Global Trade Leaders Cluv” dünya biznesini araşdıran 3 ən böyük təsisatdanbiri hesab edilir və bu sahənin ən nüfuzlu qurumlarından biridir.

Heç şübhə yoxdur ki,genişlənməkdə və gözəlləşməkdə olan Sumqayıt bulvarı bundan sonra da beynəlxalqforumlarda ən yüksək mükafatlara layiq görüləcək, ölkəmizin adını ucaltmaqda,onun gözəlliklərini tanıtmaqda davam edəcəkdir.

1200 nəfərlik yay səhnəsi və Muğam Mərkəzi

Sumqayıt bulvarındainsanların mədəni istirahət üçün də lazımi şərait yaradılıb. Bulvarda 1200tamaşaçı tutan yay səhnəsi var ki, bu səhnənin köməyi ilə mədəni tədbirlərkeçirmək, konsertlər, teatr tamaşaları təşkil etmək mümkündür.

Sumqayıt bulvarındainşası davam edən və yalnız şəhər deyil, bütün ölkə miqyasında mühüm əhəmiyyətkəsb edən obyektlərdən biri də Muğam Mərkəzidir. Bu Mərkəzin inşası cari ilinsonlarına – Sumqayıt şəhərinin 70 illiyinə qədər başa çatdırılması və istifadəyəverilməsi nəzərədə tutulur.

Ölkə ziyalıları, xüsusilədə mədəniyyət və incəsənət xadimləri hesab edir ki, Sumqayıtda belə bir mərkəzinfəaliyyətə başlaması ölkədə milli-mədəni irsimiz olan muğamın inkişafına təkanverəcək, digər regionlar üçün də nümunə olacaqdır.

Xatırladaq ki, millimusiqimizin incisi sayılan muğamın təbliği və inkişafı Heydər Əliyev Fondununuzun illərdir ki, mədəniyyət sahəsində həyata keçirdiyi prinsipial siyasətinmühüm tərkib hissəsdiir. Bu baxımdan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindənbelə bir mərkəzin inşa edilməsini həm də Heydər Əliyev Fondunun məlum siyasətinəverilən dəstək hesab etmək olar.

Xəzərin ənginliyinə uzanan körpü: Gəmilər Sumqayıtıburadan salamlayacaq...

Sumqayıt bulvarı iləbağlı ən mühüm özəlliklərədn biri də bulvar ərazisindən Xəzərin ənginliyinə doğruiki nəhəng dambanın inşasıdır. Hansı ki, bu dambalardan birinin uzunluğu 520metr, digər dambanın uzunluğu isə 150 metrdir.

Gəmilərin yanaşması üçün800 metr uzunluğunda körpü inşa edilib. 10 metr yüksəkliyində estakada salınıb.

Bulvar ərazisinə özünəməxsusgözəllik qazandıran bu körpü və dambaların yaxın gələcəkdə gəmilər üçün əsl sığınacağıçevrilməsi gözlənilir. Başqa sözlə desək, bəlli bir müddətdən sonra Sumqayıtbulvarının sahilinə yan alan ağ yelkənli gəmilər gənclər şəhərini buradansalamlayacaq. Bu isə bulvarın şəhər sakinlərinə yeni görkəmdə təqdimatı deməkolacaq.

Sumqayıt bulvarındakı körpüestetik baxımdan da əsl zövq mənbəyidir. Xüsusilə də küləkli havalarda özünü körpünündaş divarlarına çırpan mavi ləpələrin şahə qalxan görünüşünə tamaşa etmək insandasözlə ifadəsi mümkün olmayan xoş ovqat, ülvi hislər doğurur. Həmçinin, dambalarlaçarpışan ləpələrə baxmaq əsəb sarsıntısının, ruhi gərginliyin də ən yaxşı təbiimüalicə hesab edilə bilər.

Ərazidə müasir işıqlandırma sistemi və oturacaqlar da quraşdırılıb ki, bu da sakinlərə axşam saatlarında da bulvarın gözəlliklərindən faydalanmağa imkan verir.

“Sumqayıt möcüzəsi”nin müəllifi: Fədakarlığı ilətarix yazan şəxsiyyət...

Sumqayıt bulvarından, bubulvarın sonsuz gözəlliklərindən bəhs edərkən toxunulması gərəkən ən başlıca məqamheç şübhəsiz bu möcüzənin müəllifi, onun əsl fədakarlıq nümunəsi sayıla biləcəkəməyidir. Sumqayıt bulvarının yaradılması məhz bu insanın – Sumqayıt Şəhər İcraHakimiyyətinin başçısı Zakir Fərəcovun adı ilə bağlıdır. Məhz onun səyi, Sumqayıtzəhmətkeşlərinin əməyi sayəsində hər kəsdə dərin heyranlıq doğuran belə birmöcüzə meydana çıxıb.

Bulvarın əsasınınqoyulduğu gündən onun istifadəyə verildiyi günə qədər hər gün işlərin gedişatıilə maraqlanmaq, öz tövsiyyə və tapşırıqlarını vermək üçün bulvar ərazisinə gələnZ.Fərəcov, bu gün də bulvarın genişləndirlməsi, daha da gözəlləşməsi istiqamətindədurmadan çalışmaqdadır.

Z.Fərəcovun ən böyük əsərlərindənbiri olan Sumqayıt bulvarının respublika miqyaslı önəmini sübut edən ən mühümgöstəricilərdən biri də ölkə başçısı İlham Əliyevin bulvarın açılışında şəxsəniştirak etməsi faktıdır. Xatırladaq ki, 27 sentyabr 2016-cı il tarixindəSumqayıta səfər edən ölkə başçısı bulvarın açılışında iştirak edib, görülən işləriyüksək qiymətləndirib. Ölkə başçısının bu addımı Sumqayıt bulvarının önəmi iləyanaşı, həm də Z.Fərəcovun böyük əməyinə verilən tarixi qiymətdir. Heç şübhə yoxdur ki, günümüzün insanları iləyanaşı, gələcək nəsillər də icra başçısının bu əməyini dərin rəğbət və təşəkkürhissi ilə xatırlayacaq, minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Yeni möcüzələrin astanasında...

Sumqayıt bulvarı iləbağlı perspektivdə duran maraqlı məsələrdən biri də bulvarın daha da genişləndirilməsiplanı ilə bağlıdır. Belə ki, bulvarı genişləndirmək, daha çox insanın bulvardanistifadəsini təmin etmək məqsədi ilə bulvarın şimal istiqmaətinə doğru daha 1km genişləndirilməsi nəzərdə tutulur.

Bu isə möcüzənin hələ bitmədiyini, əksinə,Sumqayıtın yeni möcüzələr astanasında olduğunu göstərir. Və biz ulu öndər HeydərƏliyevin “xoşbəxtlər şəhəri” kimi xarakterizə etdiyi Sumqayıtdan elə bu təəssüratlada ayrılırıq. Onun yeni möcüzələrinə şahid olacağımız, yeni uğurlarına sevinəcəyimizümidi ilə...

Seymur ƏLİYEV


Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Zakir Fərəcov , Seymur Əliyev , Rikardo Lopes , Yavər Vəliyev , Muğam Mərkəzi , Sumqayıt Şəhər Icra Hakimiyyəti , Azərbaycan , Italiya , Ispaniya , Sumqayıt , Xəzər , Fransa , Islandiya , Yaponiya , Paris , Madrid
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər