İki iPhone 2019 modelinin maket fotoları ortaya çıxdı - FOTO

İki iPhone 2019 modelinin maket fotoları ortaya çıxdı - FOTO

Çinin Weibo adlı sosial şəbəkəsində bu il təqdim olunacaq iPhone modellərindən ikisinin maket fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Çox güman ki, ortaya çıxmış fotolardakı maketlər iPhone XI və iPhone XI Max modellərinə aiddir. Fotolardan da görmək olar ki, təqdim olunacaq iPhone modellərindən ikisi də ekran üzərində çıxıntı hissəyə sahib olacaq. Bununla yanaşı ortaya çıxmış fotolar onu da təsdiqləyirlər ki, bu ilki iPhone modelləri üçlü arxa kamera ilə təchiz olunacaqlar. Çox güman ki, birinci kamera əsas, ikinci kamera teleobyektiv, üçüncüsü isə 3D ToF və ya genişformatlı kamera modulu olacaq. Smartfonlar öz aralarında ekran ölçülərinə görə fərqlənəcəklər.
Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər