İki kişi qadını döyüb başına oyun açdılar - FOTO


Pendikdə gənc qadın evinin qapısını döyüb içəri girən kişilər tərəfindən əvvəl döyülüb, daha sonra isə soyulub.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı S.B evdə olan zaman 2 kişi qapını döyüb içəri daxil olublar. Kişilər ilk öncə qadını döyüb, daha sonra isə masanın üzərindənki min liranı və 2 mobil telefonu oğurlayaraq qaçıblar.

Qadını döyən kişilərin görüntüləri binanın təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Hazırda polis həmin şəxsləri axtarır.

Aysel Yusifqızı

Hadisə xəbərləri
Big.az digər xəbərlər