İki Mi-24P hücum helikopteri MHD-nin silahlanmasına daxil edilib

İki Mi-24P hücum helikopteri MHD-nin silahlanmasına daxil edilib
İlk iki Mi-24P hücum helikopteri Rusiya ordusunun Mərkəz Hərbi Dairəsinin aviasiya briqadasının silahlanmasına daxil edilib.
Ordu.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Mərkəz Hərbi Dairəsinin mətbuat xidmətindən verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bildirilir ki, ilk iki Mi-24P hücum helikopteri Sverdlovsk bölgəsində yerləşən yeni qurulan ordu aviasiyasının briqadasında silahlanmaya qəbul edilib.
Qeyd olunur ki, yeni helikopterlər Sverdlovskdakı aviasiya briqadasının döyüş potensialını artıracaq.
İlkin Məmmədov