İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd edir. “İKT-də qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.

“Üfüqləri genişləndirək, yanaşmaları dəyişək” mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bu gün bir sıra tədbirlər keçirib.

Sözügedən tədbirlər çərçivəsində 26 aprel 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində və videokonfrans əlaqəsi vasitəsilə regionlardakı (Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ) təlim-tədris mərkəzləri ilə birgə tədbir təşkil olunub.

Xeberler.az bildirir ki, Bakı və adıçəkilən regionlardakı təlim-tədris mərkəzlərində yuxarı sinifdə təhsil alan qız şagirdləri və informatika müəllimələri dinləyici kimi videokonfrans əlaqəsi ilə konfransa qoşulub.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Yüksək Texnologiyalar Parkı MMC-nin, Məlumat Hesablama Mərkəzinin, Femmes Digitales və WoWoman qadın klublarının, Abad publik hüquqi şəxsin, Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək İctimai Birliyinin nümayəndələri çıxış ediblər.

Bildirilib ki, bu əlamətdar hadisə ilə əlaqədar dünyada məktəblər, gənclər qrupu, vətəndaş təşkilatları və dövlət qurumları tərəfindən təşkil edilən müvafiq tədbirlər keçirilir. Son illərdə “İKT-də qızlar” günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək birgünlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.

Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Eyni zamanda, bu gün Yüksək Texnologiyalar Parkı MMC-də Azərbaycan Dövlət Neft Sənayesi Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları ixtisası üzrə təhsil alan qız tələbələri üçün startapçı xanımların təqdimatında seminar təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət nazirliklərinin, Yüksək Texnologiyalar Parkı-nın nümayəndələri çıxış edərək bildiriblər ki, “İKT-də qızlar” günü qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyətinin vacibliyini vurğulayır, qızları və gənc qadınları texnologiyalar sahəsində peşə seçimi etməyə stimullaşdırır.

Bildirilib ki, “İKT-də qızlar” günü qızları elm, texnologiya, texnika və riyaziyyat sahəsində təhsil almağa stimullaşdırmaq yolu ilə “rəqəmli fərqlik”in aradan qaldırılmasına kömək etmək üçün nəzərdə tutulmuş qlobal təşəbbüsdür.

"Oyunların yaradılması və satışı", "Dünyanın onlayn bazarına necə qoşulmaq olar?”, "BİG Data analizlərində qadınlar" mövzuları üzrə ölkəmizdə uğurlu startapların qadın təmsilçiləri Mia Əliyeva, Mirvari Mehdiyeva və Nigar Qasımova öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər
 Uşaqlar üçün smartfon və planşet təqdim edilib

26-04-2018 15:57 - Xeberler.az - İqtisadiyyat
Archos şirkəti azyaşlı istifadəçilər üçün Junior qurğular seriyasını təqdim edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün Junior Tab planşeti və 7-dən yuxarı uşaqlar üçün Junior Phone smartfonu daxildir.
İstehsalçıların məlumatına görə, təqdim edilmiş qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar quraşdırılıb: valideyn nəzarəti vasitələri və Qustodio-dan veb-səhifələrin filtri (1 il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri.
Archos Junior Tab smartfonu 854x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 və 2 meqapiksellik kameralar, 1,2 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (microSD kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Planşet 1024x600 piksel təsvir ölçülü 10,1 düymlük ekran, 0,3 və 2 meqapiksellik kameralar, 1,3 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Hər iki qurğu Android 7 Nougat mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 Uşaqlar üçün smartfon və planşet təqdim edilib

Uşaqlar üçün smartfon və planşet təqdim edilib

26-04-2018 08:56 - Xeberler.az - İqtisadiyyat

26-04-2018 06:24 - Xeberler.az - İqtisadiyyat
“İKT-də qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.
“Üfüqləri genişləndirək, yanaşmaları dəyişək” mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bu gün bir sıra tədbirlər keçirib.
Sözügedən tədbirlər çərçivəsində 26 aprel 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində və videokonfrans əlaqəsi vasitəsilə regionlardakı (Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ) təlim-tədris mərkəzləri ilə birgə tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, Bakı və adıçəkilən regionlardakı təlim-tədris mərkəzlərində yuxarı sinifdə təhsil alan qız şagirdləri və informatika müəllimələri dinləyici kimi videokonfrans əlaqəsi ilə konfransa qoşulub.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Yüksək Texnologiyalar Parkı MMC-nin, Məlumat Hesablama Mərkəzinin, Femmes Digitales və WoWoman qadın klublarının, Abad publik hüquqi şəxsin, Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək İctimai Birliyinin nümayəndələri çıxış ediblər.
Bildirilib ki, bu əlamətdar hadisə ilə əlaqədar dünyada məktəblər, gənclər qrupu, vətəndaş təşkilatları və dövlət qurumları tərəfindən təşkil edilən müvafiq tədbirlər keçirilir.