"İKT-də qızlar” günü qeyd edilib

Bütün dünya ictimaiyyəti kimi, Azərbaycanda aprelin sonuncu həftəsinin dördüncü günü İKT-də qızlar günü kimi qeyd edilir.
ATV.az xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən İKT-də qızlar günün keçirilməsinin məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etməkdir. “Üfüqləri genişləndirək, münasibəti dəyişək” mövzusu ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qadınların İKT sahəsində verdiyi dəstəkdən söz açıblar. Qeyd edək ki, Bakı ilə yanaşı Şamaxı rayonunda da İKT-də qızlar gününə həsr olunmuş tədbir təşkil olunub. 70-dək məktəbli qızın iştirakı ilə baş tutan tədbirdə onlara informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumat verilib.
ATV.az