İlahiyyat İnstitutunun növbəti səfəri Qazax rayonuna olub (FOTO)

İlahiyyat İnstitutunun növbəti səfəri Qazax rayonuna olub (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun növbəti səfəri Qazax rayonuna olub.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülərək, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Qazax Gənclər Mərkəzində keçirilən görüşdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Hazırda Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək, onun inkişafına böyük önəm verdiyini vurğulayıb.

Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələri Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bildirib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.

İnstitut haqqında məlumat verən C.Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını bildirib. Qeyd edib ki, İnstitut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən C.Məmmədov tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürdüyünü vurğulayan M.Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. O, ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğunu bildirib. Qeyd edib ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik olan alimlər tərəfindən aparılır.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
DSX-da faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

DSX-da faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

08-05-2019 16:59 - Ordu.az - Siyasət



Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycanın böyük töhvələr verdiyindən, bu şanlı zəfərin qazanılmasında xalqımızın 700 min nəfərdən çox qəhrəman oğul və qızının müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 124 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına və 170 min nəfərinin isə müxtəlif orden və medallara layiq görülməsindən, azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışılıb.

Respublikamızda 1941-1945-ci illərdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi, dövlətimiz tərəfindən onlara daima sosial qayğının göstərildiyi xüsusi olaraq vurğulanıb.


Qarabağ müharibəsi veteranları Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, müharibə xatirələri ilə bölüşmüşlər.
Metbuat.az digər xəbərlər