İlham Əliyev: "Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır"

İlham Əliyev: "Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.


Moderator.az-ın məlumatına görə, görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.


Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.

Açar sözlər
Ilham Əliyev , Azərbaycan Respublikası , Çin , Pekin
Siyasət xəbərləri
DNT analizinin aparılması qaydası müəyyənləşdi

DNT analizinin aparılması qaydası müəyyənləşdi

24-04-2019 16:49 - Yenisabah.az - Siyasət
Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər. Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür: - ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən; - şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən. Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür.
Moderator.az digər xəbərlər