İlham Əliyev israilli həmkarını təbrik etdi

İlham Əliyev israilli həmkarını təbrik etdi

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Mikayıl Cabbarov - Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

Mikayıl Cabbarov - Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

08-05-2019 00:30 - Faktor.az - İqtisadiyyat
Həm vergi inzibatçılığında, həm də vergi qanunvericiliyində əsas hədəf mövcud olan vərdişlərdən şəffaf münasibətə, mühasibatlığa, vergi müfəttişliyi ilə vergi ödəyicisi arasında münasibətlərin dəyişməsinə, şəffaflaşmasına, müasir Azərbaycanın vətəndaş-dövlət münasibətinə uyğunlaşmasına keçməkdən ibarət olub.

Bu barədə Azərbaycanın vergilər naziriMikayıl CabbarovİTV-nin “Diqqət mərkəzi” verilişində 2019-cu ilin 4 ayının fiskal göstəriciləri, vergi islahatlarının və qanunvericiliyə edilmiş dəyişikliklərin ilkin nəticələri, dövlət-biznes münasibətləri haqqında müsahibəsində bildirib.

Vergi sahəsində genişmiqyaslı islahatlardan danışan nazir qeyd edib ki, 2018-ci ildən başlayan bu islahatlar dövlət başçısı tərəfindən verilən siyasi çərçivəyə uyğun olaraq həyata keçirilib:

“2019-cu ilin ilkin nəticələri bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minmiş vergi sahəsində dəyişikliklər istədiyimiz nəticələri verməkdədir. Belə ki, xüsusilə qeyri neft sektorunda, həmçinin neft sektorundan ödənilən vergilərin həcmi həm 2018-ci ilin rəqəmləri ilə müqayisədə, həm də plan-proqnozdan yüksək olub”.

Nazirin sözlərinə görə, birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub:

“Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edib.