İlham Əliyev Pekində Putinlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Rusya Prezidenti Vladimir Putinlə görüşüb.
Moderator.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin dedi:
"Sizi görməyimə çox şadam. Bizim bir-birimizlə kuluarlarda artıq qısaca söhbətimiz olub. Sizinlə artıq daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi qaydada görüşürərək fikir mübadiləsi aparmaq imkanına malikik. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr inkişaf edir. Hətta sizin təşəbbüsünüzlə, ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın xüsusi mexanizmini yaratmışıq. Fikrimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Büövlükdə biz münasibətlərimizin inkişafından məmnunuq. Əminəm ki, bu gün biz qarşılıqlı əlaqələrin bütün aspektləri barədə danışacağıq".